Gürcüstan Milli Statistika Xidməti iqtisadi artıma dair əvvəlcədən
qiymətləndirmə yayımlayıb.
Xidmətin məlumatına görə, 2018-ci ilin bir yanvarından avqustun
sonuna qədər orta real iqtisadi artım 4,8 faiz müəyyən edilib.
Real ümumi daxili məhsulların artım tempinə gəldikdə isə hesabatda
yazılıb ki, 2018-ci ilin avqustunda keçən illə müqayisədə 2 faiz
artıb.
Statistika xidmətinin məlumatına əsasən iqtisadi artım maliyyə işi,
ticarət, nəqliyyat, daşınmaz əmlak əməliyyatları, mehmanxanalar və
restoranlar sahəsində qeydə alınırdı.