Ticarətlə məşğul olan sahibkarların lisenziya sənətlərini
yenilənməsi ilə bağı bu gün, Marneuli və ətraf rayondan əhali
Marneuli Ədliyyə Evinə üz tutublar.
Hal-hazırda ədliyyə evinin qarşısında əhali sıxlı müşahidə olduğu
bildirilir. Sahibkarlar sənətlərinin yenilənməsi üçün ədliyyə
evinin qarşısında öz sıralarını gözləyirlər.
Sahibkar tərəfinən "Marneuli" Radiosuna verilən məlumata görə, bu
gün sənədlərinin yenilənməsi haqda onlara qeyri rəsmi olaraq
məlumat veriblər. Onlarda panikə düşərək Ədliyyə Evinə üz tutublar.
Yenilənmə haqda isə heç kimin məlumatı yoxdur. Ticarət sahəsinin
hansı növü ilə məşğul olan sahibkarlar öz sənədlərini yenilənəcək
bu haqda sahibkarların məlumatı yoxdur.
Onların verdiyi məlumata görə, yenilənmə 30 sentyabr tarixinə kimi
olduğunu deyirlər. Bu müddət ərzində sahibkarlar əgər öz
sənətlərini yeniləməsə, onlara 1 500 lari məbləğində cərmənin
yazılacağını deyirlər. İndi sahibkarlar nə edəcəklərini
bilmirlər.
Səhiyyə Nazirliyinin məlumatına görə, yüksək təhlükə daşıyan ağır,
zərərli və təhlükəli işlərin qeydiyyat müddətinə dəyişikliklər
daxil olub.
Nazirliyin məlumatına görə, qeydiyyat məqsədi ilə maraqlanan
şəxslərin yüksək müraciətindən dolayı qeydiyyatı dövrü 30 gün
uzadılıb və son müddət olaraq 2018-ci ilin 30 oktyabrı müəyyən
edilib.
Bu gün, 28 sentyabrda Gürcüstanın Ədliyyə evləeində növbədir.
Qanunun aid olduğu şəxslər qeydiyyatdan keçməyə çalışırlar.
"Əmək təhlükəsizliyi haqqında" Gürcüstan qanununa əsasən Gürcüstan
hökumətinin qərarı ilə müəyyən edilmiş artıq dərəcədə təhlükə
daşıyan ağır, zərərli və təhlükəli işlər həyata keçirən bütün
şəxslər (2018-ci ilin 1 avqustundan qüvvəyə minib) Gürcüstan
qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq müvafiq
işləri iqtisadi işlər üzrə reyestrdə qeydiyyat etmək öhdəliyi
daşıyır.
Fotonun müəllifi: Fuad Qəhrəmanov
ფუად
გახრამანოვ