"Avropalı Gürcüstan"ın Daştəpəli üzvləri iki il ərzində "Milli Hərəkat"ın üzvü olduqlarını sanıblar
Bu gün, 1 oktyabr tarixində "Vahid Milli Hərəkat" partiyasının ofisində birifinq keçirildi. Brifinqdə "Avropalı Gürcüstan" partiyasının Daştəpədən olan üzüvləri partiyanı tərk edərək "Vahid Milli Hərəkat" partiyasına qoşulduqlarını bildirdilər.

"Avropalı Gürcüstan" partiyasını tərk edən sakinlər bildirdilər ki, həmin partiyada onları indiyə kimi aldadıblar. İndiyə qədər onlar elə bilirlərmiş ki, "Avropalı Gürcüstan" partiyası ilə "Vahid Milli Hərəkat" partiyası eynidilər.

Bu haqda brifinqdə "Avropalı Gürcüstan" prtiyasından proporsional siyahı ilə 12 sırada qeydiyyatda olan Quliyev Niyazi bildirdi.



Xatırladaq ki, bu ilin oktyabrın 28-də Gürcüstanda sonuncu prezident seçkiləri baş tutacaq.

"Marneuli" Radiosu
Print