19 sentyabrda Serqo Ratiani parlamentin plenar iclasında çıxış edib
və etnik azərbaycanlı və erməni abituruyentlər haqqında danışıb.
400-ə qədər azərbaycanlı abituriyent vahid milli imtahanlardan
keçid balı qazanıblar amma universitetlərə düşməyiblər.
Serqo Ratiani 1+4 proqramı haqqında danışıb. O, deyib ki, Təhsil
Nazirliyi bu məsələ ilə bağlı müvafiq addımlar atmalıdır və ikinci
qəbul vasitəsilə uşaqlara tədrisə başlamaq imkanı verilməlidir.
Bizimlə söhbət zamanı Marneulinin majoritar deputatı və parlamentin
təhsil, elm və mədəniyyət komitəsinin üzvü Ruslan Hacıyev dedi ki,
Ratiani tərəfindən bu məsələnin parlamentin plenar iclasında
səsləndirilməsi yalnız və yalnız seçkiqabağı piarın bir
hissəsidir.
Təhsil, Elm və Mədəniyyət komitəsində bu məsələ ilə bağlı aktiv
çalışmalar gedir və nəticəni bu həftənin sonu və ya gələn həftə
elan edəcəklər.