İstintaq Xidməti saxta vergi sənədlərinin hazırlanması - istifadə olunması faktına dair bir nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində Tbilisi şəhərində saxta vergi sənədlərinin hazırlanması, istifadə olunması faktına dair bir nəfəri saxlyıblar.
İstintaqla müəyyən olub ki, ittiham olunan şəxs şirkətlərdən birinin direktoru, qanunsuz şəkildə maddi gəlir əldə etmək məqsədilə 106 000 lari dəyərində məhsulun alınmasına dair saxta hesabat faktura hazırlayıb.

İstintaq Gürcüstan CM-nin 210-cu maddəsi nin birinci hissəsi ilə gedir.

Maddə cəza olaraq 2-dən 4 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print