Aztəminatlı uşaqlar üçün 50 lari həcmində sosial yardım məsələsi dövlət büdcəsi layihəsində öz əksini tapıb
Gələn ilin dövlət büdcəsi yenidən işlənmiş layihəsinə görə, Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin maliyyələşdirilməsi ilkin versiya ilə müqayisədə 73.9 milyon lari artıb və 3 milyard 937 milyon (ümumi büdcə xərclərinin 30,3%-i) lari təşkil edir.
Büdcə layihəsinə əsasən nazirlik üçün nəzərdə tutulmuş xərclərin artırılması əsasən aztəminatlı ailələrin 16 yaşadək uşaqlari üçün 50 lari həcmində sosial yardım paketinin təqdim olunması ilə bağlıdır. Məlumat bazasında qeydiyyatda olan reytinq xalı 100 000-dən az olan və 16 yaşadək uşaq yaşayan ailələrdə uşaqlara hər ay 50 lari həcmində sosial yardım veriləcək. Yardım çərçivəsində 20 lari (hazırda 10 laridir) pul vəsaiti, 30 lari isə yemək vauçeri olacaq ki bunun üçün də 70 milyon lariyədək vəsait nəzərdə tutulub.


Nazirliyin büdcəsi çərçivəsində sosial müdafiə və pensiya üçün 2 763.7 milyon lari nəzərdə tutulub ki, buradan da 1 925.0 milyon lari əhalinin pensiyasının təmin olunması üçün ayrılıb ki, burada da 2019-cu ilin yanvar ayından 20 larilik artım nəzərdə tutulub.

Səhiyyə proqramları üçün 1 044,6 milyon lari nəzərdə tutulub. Əhalinin ümumi səhiyyə proqramı - 754,0 milyon lari; İmmunizasiya - 22.4 milyon lari; Hepatit C proqramı - 11,0 milyon lari; Vərəmlə mübarizə - 15,7 milyon lari qədər; HİV / AİDS proqramı - 12,5 milyon lari çoxdur; Narkomanların müalicəsi - 12,2 mln. lari (3,0 mln. lari artmışdır); Diyaliz və böyrək nəqli - 36.3 milyon lari; Ruhi sağlamlıq - 24.0 milyon lari (3,0 milyon lari artmışdır); Diabet - 13,5 milyon lari; Təcili tibbi yardım və tibbi nəqliyyat - 44,7 milyon lari; Kənd həkimi - 26.0 milyon lari; Referal xidməti - 20.0 milyon lari; Xroniki xəstəliklər üçün dərman vasitələrinin təmin edilməsi - 20.0 milyon lari (proqram üçün maliyyə iki dəfə artırılıb) və s.

Tibbi müəssisələrin bərpası və təchiz edilməsi üçün 20,0 milyon lari nəzərdə tutulub.

Məcburi köçkünlərin yaşayış evi ilə təmin olunması üçün Səhiyyə Nazirliyinin xərclərində 42,7 milyon lari nəzərdə tutulub. Qeyd edək ki, yaşayış binalarının tikintisi üçün Regional İnkişaf və İnfrastruktur Nazirliyinin xərclərində 50,0 milyon lari nəzərdə tutulub. Müvafiq olaraq, məcburi köçkünlərin yaşayış evi ilə təmin olunması üçün ayrılan məbləğ ümumilikdə 92,7 milyon lari təşkil edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google