Qia Volski – Larinin məzənnəsinin əsas səbəblərindən biri Qriqol Vaşadzenin bəyanatlarıdır
Parlament sədrinin müavini Qia Volski larinin dəyərdən düşməsinin əsas səbəblərindən biri kimi Birləşmiş Müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadzenin bəyanatlarını göstərir.
Vaşadzenin ölkədə müharibə və qarşıdurma olması barədə dedikləri sərmayədarları ehtiyatlanmağa məcbur edir və maliyyə bazarında ajiotaj yaradır, bu isə valyuta məzənnəsinə təsir edir.

Volskinin bildirdiyinə görə, bu “Milli Hərəkat” və “Avropalı Gürcüstan”ın milli valyutanın məzənnəsinə zərbə vurmaqla bağlı məkrli məqsədlərinin bir hissəsidir ki, bu barədə də maliyyə ekspertləri intensiv şəkildə danışırlar.

“Milli Bankın prezidenti də dedi və bütün ekspertlər də deyirlər ki, ajiotaj və gərginlik, xüsusilə də namizədlərdən hər hansı biri seçkiöncəsi vətəndaş qarşıdurması təxribatından söhbət açırsa, bu maliyyə bazarında müəyyən ajiotajlar yaradır. Bu yalnız gürcü fenomeni deyil, istənilən ölkədə də görə bilərsiniz ki, valyutanın dəyərdən düşməsi nə vaxt baş verir. Bundan başqa, larinin məzənnəsinin düşməsinə yeni il hazırlıqları da səbəb olur. Yeni il ərəfəsi keçdikdən sonra bu vəziyyət stabilləşəcək.

Təbii ki, onların bəyanatı larinin məzənnəsinə təsir edir. Bu, məlum faktdır, buna qarşı heç bir fikir ola bilməz. Sərmayə və istehsalatın inkişafı ilə bağlı çalışmalar var, lakin Vaşadzenin müharibə olacağı ilə bağlı dedikləri istənilən sərmayədarı qorxudur. Bütün bunlar təbii ki, valyutanın məzənnəsinə təsir edir”
– Volski bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google