5 ildə rəsmi naharlara, dəvətlərə və s. xərclənmiş 49 milyon – TI-ın araşdırması
2013-2017-ci illər ərzində “Gürcü Arzusu” qəbul və rəsmi naharlar, dəvət və tədbirlər, ekskursiya və mədəni tədbirlər və s. üçün 49.2 milyon laridən artıq vəsait xərcləyib – yeni hesabatda bildirilib.
Beş il ərzində hakimiyyət tərəfindən xərclənmiş bu xərcləri rüşvətxorluqla mübarizə sahəsində fəaliyyət göstərən “Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatı hesablayıb.

Onların bildirdiyinə görə, bu beş il ərzində ən çox pul 2017-ci ildə xərclənib – 12 milyon laridən artıq; Əvvəlki illərdə xərclər belə olub:



Hakimiyyətin xərcləri. Diaqram: TI

2012-ci ildə hakimiyyətdə hələ “Vahid Milli Hərəkat” olarkən belə xərclər 12 milyon laridən artıq olub.

“Gürcü Arzusu”nun hakimiyyətinin ilk illərində bu xərclər əvvəlcə 8.3 milyonadək (2013), daha sonra isə 7.8 milyonadək (2014) azaldılmışdı. Lakin məlumatlardan aydın olur ki, xərclərin miqdarı 2014-cü ildən sonra artmağa başlayır və 2017-ci ildə artıq 12 milyonu keçir. 2017-ci ilin göstəricisi 2012-ci ildə azca artıqdır.



TI-ın məlumatına görə, xərclər barədə məlumat verən idarələr arasında ən yüksək xərc Daxili İşlər Nazirliyinə məxsusdur;

Təşkilatın məlumatına görə, yüksək büdcəli idarələr arasında ilk beşlik belədir: Daxili İşlər Nazirliyi, Milli Turizm İdarəsi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Tbilisi Meriyası;

Bu beş idarə tərəfindən xərclənmiş vəsait qalan bütün xərclərin 50%-dən artığını təşkil edir.



Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google