Gömrük qaydasının pozulması faktı ilə bağlı istintaq xidməti bir şəxsi məsuliyyətə cəlb edib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları gəlirlər xidmətinin gömrük departamenrinin nümayəndələri ilə birgə koordinasiyalı şəkildə aparılmış tədbirlər nəticəsində Gürcüstan CM-nin 214-cü maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş cinayət hərəkətinin – Gürcüstan gömrük sərhəddindən böyük miqdarda məhsulun gömrük kontrolundan gizlin aparılmasına cəhd faktına dair, ittiham olunan şəxs kimi Rusiya Federasiyasının bir vətəndaşını məsuliyyətə cəlb edib.

İstintaq nəticəsində müəyyən edilib
ki, ittiham olunan şəxs gömrük buraxılış məntəqəsinin "Kazbeki" tərəfindən Gürcüstanın gömrük sərhəddində Rusiya istiqamətinə gizlin şəkildə böyük miqdarda qeydiyyatsız müxtəlif məhsullar aparmağa cəhd göstərib.

İstintaq nəticəsində 195 ədəd müxtəlif adlı ətir aşkarlanıb. Onların gömrük dəyəri 17 559 larini təşkil edir.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google