Daxili İşlər Nazirliyi Ponicalada
narkotik cinayəti ilə bağlı 3 nəfəri həbs edib.
DİN-in Tbilisi Polis Departamentinin İsani-Samqori İdarəçiliyinin
əməkdaşları aparılan əməliyyat nəticəsində narkotik vasitələrin
qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə üç nəfəri, 1981-ci
il təvəllüdlü D.C., 1989-cü il təvəllüdlü A.Q. və 1979-cu il
təvəllüdlü T.Q.-nı Ponicaladada saxlayıblar.
Hüquq mühafizəçiləri saxlanılanların üzərini yoxlayarkən 3 bağlama
narkotik maddə aşkarlayıblar. Buna dair ekspertiza təyin
olunub.
İstintaq narkotik maddələrdin qanunsuz əldə edilməsi-saxlanılması
faktına dair Gürcüstan CM-nin 260-cı maddəsinə əsasən gedir.