Təzəkənd sakini müxalif baxışlarına görə bələdiyyə tərəfindən təzyiq olunmasından danışır
17:20 / 15.11.2018
Təzəkənd sakini Azər Mehdiyev ona
qarşı rəsmi olmasa da seçkilərlə əlaqədar ona təzyiqlərin olduğunu
deyir.
Azər Mehdiyev illərdir "Milli Hərəkat" partiyasını dəstəklədiyini
bildirir. Ona qarşı təzyiqlərin yerli hakimiyyət tərəfindən
olduğunu deyir.
A.Mehdiyev bu təzyiqlərin hədə-qorxu məqsədli olduğunu düşünür. Bir
nəfər şəxs Azər Mehdiyevin işlətdiyi çayxanaya gələrək onunla
görüşüb, nəyə görə "Güc Birlikdədir" hərəkatını dəstəklədiyini
soruşub.
Daha sonra isə doğru yolda olmadığını deyib. Azər Mehdiyev bildirir
ki, dövlətə qarşı çıxmır, demokratik respublikada yaşadığı üçün
azad şəkildə öz mövqeyini sərgiləyir.
O, deyir ki, təzyiqlərdən və tənqidlərdən qorxmur və illərdir
tərəfdarı olduğu partiyanı dəstəkləməyə yenə də davam edəcək.