“SAİA”, “Ədalətli Seçkilər Beynəlxalq Demokratiya Cəmiyyət” və
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın bəyanatına görə,
Servislərin İnkişaf Agentliyinin əməkdaşlarından biri keçən həftə
onlara agentlik tərəfindən saxta şəxsiyyət vəsiqələrinin
hazırlanacağı haqqında məlumat çatdırıb.
QHT-lərin dediyinə görə, saxta şəxsiyyət vəsiqələri agentliyə
seçkilərin ikinci turunu Salome Zurabişvilinin xeyrinə
saxtalaşdırmaq üçün lazımdır.
“Keçən həftə Dövlət Servislərinin İnkişaf Agentliyində çalışan
əməkdaşlardan biri bizə agentlik
tərəfindən gümn edilən saxta
şəxsiyyət vəsiqələrinin hazırlanması haqqında məlumat verdi. Onun
sözlərinə görə saxta vəsiqələr prezident seçkilərinin ikinci
turunda Salome Zurabişvilinin xeyrinə seçkilərin saxtalaşdırılması
üçün lazımdır və bu prosesə agentliyin yüksək vəzifəli şəxsləri
rəhbərlik edirlər.
Mənbənin məlumatına görə, saxta vəsiqələrin nəşr olunmasına
seçkilərin birinci turundan sonra qərar verilib. Onun sözlərinə
görə, bu prosesə Dövlət Servislərinin İnkişaf Agentliyinin sədri
Soso Qiorqadze və həmin agentliyin daxili audit xidmətinin rəhbəri
Bejan Obqaidze rəhbərlik edir. Mənbənin izahatına görə, keçən həftə
bu mövzuya aid xüsusi iclas da keçirildi. Plana əsasən bir nəfərə
beş vəsiqə nəşr olunmalı və hər birində müxtəlif ad, soyad və şəxsi
nömrə olmalı idi. Foto isə bir nəfərin olacaqdı. Həmin şəxsin
göstrəiciləri bir neçə seçki məntəqəsinin siyahısında qeyd
olunacaqdı və müvafiq olaraq bir nəfər bir neçə məntəqədə müxtəlif
vəsiqələrlə səs verəb biləcəkdi. Bu isə “karusel” prinsipi ilə səs
verməni əks etdirir”- deyilir QHT-in bəyanatında.
Onların məlumatına görə, mənbənin qeyd olunan planın hansı miqyasda
həyata keçiriləcəyi və ya ümumiyyətlə neçə saxta vəsiqənin
hazırlanması haqqında məlumatı yoxdur.
“Onun sözlərinə görə şəxsiyyət vəsiqələri agentliyin bir neçə ərazi
xidmətində nəşr olunur. Eləcə də mənbənin məlumatına görə ərazi
vahidlərinin “etibarlı” rəhbərləri olmyan regionlarda oları
məzuniyyətə göndəriblər, onların yerinə isə “etibarlı” şəxsləri
gətiriblər. Mənbənin məlumatına əsasən belə “etibarsız” şəxslər
olaraq hesab olunurlar:
Agentliyin Dzalencixa ərazi vahidliyi xidmətinin rəhbəri Arkadi
Pipia və Qardabani ərazi vahidliyi xidmətinin Zurab Xvedelidze.
Dzalencixa ərazi vahidliyi xidmətinin rəhbəri məzuniyyətdə olan
dövrdə Manuçar Nacğebianı əvəz edib. Məzuniyyətdə olduğunu Arkadi
Pipia bizim nümayəndəmizə təsdiqləyib. Əldə olunan məlumata görə
güman ki, eləcə də Zurab Xvedelidze də məzuniyyətdədir. Onun
öhdəliyini isə Gvanca Menapire yerinə yetirir.
Hələ ki, bizim əlimizdə olan məlumata əsaslanaraq deyə bilərik ki,
bu planın hansı miqyasda olması araşdırılsın” – bildirirlər
QHT-lər.
Saxta sənədlərin hazırlanması və seçkilərin saxtalaşdırılması
cinayətdir. QHT-lərin dediyinə görə, belə hərəkətlər ola bilsin
seçki mühitinə düzəlməyəcək zərər vursun və seçkilərin
leqitimliyini sual altına salsın.
“Vacibdir ki, müvafiq istintaq müəssisələri şəxsiyyət vəsiqələrinin
güman edilən saxtalaşdırılması faktı ilə maraqlansınlar. Müvafiq
olaraq Gürcüstan prokurorluğunu təcili istintaq başlamağa və
qanunla nəzərdə tutulmuş müvafiq ölçülər götürməyə çağırırıq”-
deyirlər QHT-lər.
QHT-in bəyanatına görə, onlar seçkilər günü səsvermə prosesini
diqqətlə müşahidə edəcəklər.
Siyahıları araşdırma vacibdir. Bu istiqamətdə biz çalışırıq. Eləcə
də seçki administrasiyasını çağırıram ki, siyahı onlara gedən zaman
real olaraq araşdırsınlar ki, ikiləşdirmə var ya yox və bu
məsələlər aradan qaldırılsın. İkinci, seçki günü bizim
müşahidəçilər məntəqədə olacaqlar. Onlar diqqətlə markerləşdirmə
prosesini müşahidə edəcəklər. Hətta markerləşdirmənin müəyyən
işarəsi ilə də həmin şəxslərin buraxılmasına yolverməsinlər. Sonra
qeydiyyatçılarla real yoxlayış aparaq ki, həmin şəxslərin
göstəriciləri bazada var ya yox. Doğrudur, çətin olacaq amma biz öz
tərəfimizdən hər cür çalışacağıq ki, bu faktları seçki günü
yoxlayaq”- bildirir İrma Pavliaşvili SAİA-nın nümayəndəsi.