29 noyabr üçün ulduz falı
Qoç - bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində qalacaqsınız.

Buğa - yaşananlara fərqli prizmadan baxın. Olaylara yanaşmada maddi ünsürlərin hər şeydən üstün tutulması məqbul deyil. Bu və digər hadisənin gerçək mahiyyətini anlamağa çalışın. Dürüst seçim edin.

Əkizlər - yalnız başa vura biləcəyiniz və sona çatdırmaq iqtidarında olduğunuz işlərə başlayın. Həlini tapmaq zərurətində qaldığınız problemin çözümünü başqasına həvalə etməyin.

Xərçəng - əlverişli vəziyyətdir. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Görüş və müzakirələr aparın, yeni layihələrə başlayın. Niyyətinizdə qəti olsanız, irəliləyəcəksiniz. Sonuclar gözləntilərinizdən də yaxşı ola bilər.

Şir - situasiyaya təsir etmək çətinləşir. Mövqeyinizi nəyin bahasına olursa-olsun müdafiə etmək cəhdlərinizi dayandırın. İmkanları əldən verməmək üçün səbatlı plana malik olmalısınız.

Qız - bütün qüvvənizi effektiv fəaliyyətə yönəldin. Zəhmətinizə görə pul və ya təqdir ala bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Ən cəsur ideyalarınızı gerçəkləşdirə bilərsiniz.

Tərəzi - maliyyə və sərmayə məsələlərində həddən artıq diqqətli olun. Maliyyə itkilərinə səbəb ola biləcək yanlış addımlar atmayın. Problemlərin həllində aktiv, eyni zamanda sərvaxt olun.

Əqrəb - realist olun. Ən kiçik problemdən sonra depressiyaya qapılmayın. Əlverişli şərtlərdən və sərfəli situasiyadan maksimal dərəcədə istifadə edin. Unutmayın ki, ən uzun yol ən kiçik addımdan başlayır. Qəti qərar verməkdən çəkinməyin.

Oxatan - yaxınlarınızla ünsiyyətdə qaba davranmayın. Problemlərin həllində ən asan və birmənalı təsir bağışlayan yolu seçməyin. Bəzən həqiqəti deməkdənsə bir qədər susmaq daha məsləhətlidir.

Oğlaq - yaxşı, münasib zamandır. Tərif və ya təqdir gözləmədən çalışın. Hər şey dəyişə bilər. Bədbin əhval-ruhiyyəniz saatlar keçdikcə yaxşılaşacaq. Yaxın ətrafınızdakı insanlar zəhmətinizi dəyərləndirəcək, sizə yardım etməyə çalışacaqlar.

Dolça - gərəkli insanlarla normal, bir qədər emosional təmaslar qurun. İmkanlarınızı artırın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Yaxın ətrafınızdakı insanların niyyət və istəklərini qulaqardına vurmayın.

Balıqlar - işlərdə uğura nail olmaq üçün diqqətlə çalışmalısınız. Ağır işlərin ertələnməsi və bir qədər dincəlmək fikrini unudur. Azadlığa ifrat tələbat duyduğunuzu düşünsəniz, işlərdə çətinliklər yaranacaq.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა