30 noyabr üçün ulduz falı
Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.


Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.

Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.

Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.

Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.

Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.

Tərəzi - problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.

Əqrəb - situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.

Oxatan - işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər.

Oğlaq - yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.

Dolça - yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.

Balıqlar - emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google