Soyuq havalar üçün faydalı məsləhətlər
Qışın
soyuq aylarında isti və rahat olmaq üçün bu məsləhətlərdən
faydalana bilərsiniz
Evdə yanınızda bir örtük saxlayın
Evdə isinmək üçün örtük əla vasitədir.Yatarkən üşüməmək üçün
yorğanın üzərindən qalın bir ədyal ata bilərsiniz. Yaxud film
izləyərkən şala bürünmək istirahətinizə başqa bir dad qatar.
Əsas məsələ isə doğru yorğan seçimidir.Tərkibində artıq sintetik
olan yorğanlar sizi tərlədər.Ən yaxşısı yun ədyaldır.
Qızdırıcılardan istifadə edin
İçinə isti su doldurulan qızdırıcılardan çox vaxt yatan zaman
yararlanırıq. Bu rezin dostdan daha çox istifadə edə bilərik:
divanda oturarkən, işə getməmişdən əvvəl maşınınızın oturacağını
isitmək üçün, uzu gəzintilər zamanı gödəkçənin içinə qoyaraq və ya
ofisdə üşüməmək üçün dizimizin üstündə saxlayaraq. Bu yolla qışın
necə gəlib,getdiyini hiss etməyəcəksiniz.
Ləzzətli isti şokolada "Yox" deməyin
Soyuğu hiss etməmək üçün tez-tez isti içkilər qəbul etmək əla
vasitədir. Bu zaman bədən temperaturu daxildən yüksəlir. (Ancaq
qaynar içkidən uzaq durun. Qaynar içki bizi sürətlə tərlədir və
bədən eyni sürətlə də soyuyur)
Özünüzü kremli, marşmelovlu və ya karamelli isti şokolada qonaq
edin.
Yağlı qidalardan yan keçməyin
İsti şokoladınızı kremli-qaymaqlı içməyin digər yaxşı səbəbi də
tərkibindəki yağdır. Belə ki, yağlı qidalar bədənin daxili
istiliyini artırır. Orqanizm həzm prosesində enerjidən istifadə
edir. Bu zaman bədənimiz isinir və yağlar gec həzm olunduğuna görə
bədənimiz uzun müddət isti qalır.
Qızardılmış çörəyə çoxlu yağ sürtün, yer fıstığını bol-bol yeyin və
avokadodan yan keçməyin!
Zəncəfilə üstünlük verin
Zəncəfil kökü qan dövranını sürətləndirərək bədən temperaturunu
artırır.İsti suya azca limon sıxın, bal qatın və sürtgəcdən
keçirilmiş zəncəfil kökünü əlavə edib, qarışdırıb için. Yaxud
tərəvəz qızartmasına bir-iki xırda zəncəfil də əlavə edin.
Zəncəfilli çörək də yaxşı seçimdir. Zəncəfilin dadı və qoxusunu
bəyənmirsinizsə, qana yaxşı təsir edən başqa qidalardan istifadə
edin, məsələn, istiot, sarımsaq və goji meyvəsi soyuq havada
dostlarımız sayıla bilər.
Soyuq havanın qarşısını alın
Evdə isinmək üçün digər bir üsul qapının altından içəri girən soyuq
havanın qarşını almaqdır. Bunun üçün köhnə bir dəsmalı bir neçə
dəfə qatlayıb tikmək bəs edər.
İsti yoqanı sınaqdan keçirin
İsti yoqa üçün isti otaq lazımdır. Bu isə həddindən artıq tərləməyə
səbəb olur. Tanımadığınız insanlarla eyni otaqda tərləmək yaxşı
səslənməsə də, soyuq havada həm isinəcək, həm də qan dövranınızın
sürətlənməsinə şərait yaratmış olacaqsınız.
Üstəgəl yaxşı dartılmış əzələlər və yüksək enerji sahibinə
çevriləcəksiniz. Və çox güman ki, bu, sizə baha başa gəlməyəcək.
Bir çox yoqa mərkəzləri bir aylıq pulsuz sınama təklifi və ya yeni
gələnlərə endirimlər təqdim edir. Sınamağa dəyər.