6 dekabr üçün ulduz falı
Qoç - əlverişli gündür. Ünsiyyətdə fayda var. Qeyri-rəsmi və işgüzar müzakirələr faydalı olacaq. Yaxın ətrafınızdakı insanları anlayacaq, onların gizli istəklərindən xəbər tutacaqsınız.Müşahidə qabiliyyətiniz sayəsində yaxın ətrafınızdakı insanlardan birinin sirlərini istəmədən faş edəcəksiniz.

Buğa - adi günlərdən fərqli olaraq, işlər çoxdur. Tənbəllik etməyin, çalışın. Yorğun düşsəniz də, məqsədə doğru irəliləməkdən vaz keçməyin. Yaşam potensialınız yüksəkdir.

Əkizlər - günün ilk yarısında bir çox işlər yaxşı alınacaq. uğurlu dövrdən yararlanın. Ciddi işləri və mühüm görüşləri sonraya ertələmək pis ideyadır. Vaxt ötdükcə mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərlə qarşılaşa bilərsiniz.

Xərçəng - hər şey qarışıb, laübəli, mürəkkəbdir. Çətin situasiyanın öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Mühüm qərarlar verməlisiniz. Geri çəkilməyin, ruhdan düşməyin. Ən çətin anlarda iradəldi və qətiyyətli davranın.

Şir - günün ilk yarısı çətin və mürəkkəbdir. Emosiyalarınıza nəzarət edin. Ağır işin öhdəsindən gəlmək üçün bütün bilik və bacarıqlarınızdan bəhrələnin.

Qız - mühüm işiniz və ya böyük planınız varsa, aktiv olun. Heç nəyi təxirə salmayın. İşə nə qədər tez başlasanız, fəaliyyətinizin sonucu bir o qədər yaxşı olacaq. Lakin vaxt keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək.

Tərəzi - təkbaşına fəaliyyətlə yanaşı, həmfikirlərlə birgə iş üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə bir daha baxın, hədəfləri təftiş edin. Uzun müddətdən bəri sizi narahat edən problemi çözə bilərsiniz.

Əqrəb - izafi diqqət cəlb etməməyə çalışın. Nə ilə məşğul olduğunuzdan ətrafınızdakı insanlar gec xəbər tutsalar yaxşıdır. Uğurlarınız və nailiyyətləriz barədə çox danışmayın. Fikirlərinə və mövqeyinə önəm verdiyniz insana hesabat verməyə tələsməyin.

Oxatan - kiçik anlaşılmazlıqlar olacaq. Amma ümumilikdə günün məcrası yaxşıdır. Ən mühüm olan budur ki, özünüzün öhdəsindən gələ biləcəyiniz iş üçün başqalarından yardım istəməyin. Ümumiyyətlə, bu gün işlərinizdə və qərarlarınızda başqalarından nə qədər az asılı olsanız, bir o qədər yaxşıdır.

Oğlaq - heç də ən məhsuldar gün olmasa da, vaxtınız şən keçəcək. Heyrət yarada biləcək təsadüf mümkündür. Maraqlı insanla tanış olmaq şansı yaranacaq. Romantik hisslər də ola bilər.

Dolça - itkilər, anlaşılmazlıqlar və mənfi təmayüllü hadisələr istisna deyil. Lakin bu, günün pis olacağından xəbər vermir. Əksinə, şadisələrin çox gözlənilməz və qəribə məcrası sayəsində indiyədək arzuladığınız nəsnəni əldə etmək şansınız yaranacaq. Fəqət, bunun üçün qətiyyətli və əzmli davranmalısınız.

Balıqlar - ziddiyyətli, qarışıq və narahat gündür. Fikrinizi cəmləməyə çətinlik çəkirsiniz. Nəyisə unutmağınız, hansısa önəmli məqamın diqqətinizdən yayınması istisna deyil. Kiçik problemlər əhvalınızı pozacaq. Uğurun bir addımlığında olanda ruhdan düşməyin.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google