11 dekabr üçün ulduz falı
Qoç - ünsiyyətdə səmimi, qayğıkeş olun. Münasibətlərdəki aktiv mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq. Ən rutin işlərin görülməsində yaradıcılıq imkanları yaranır. Mövqeyinizi ətrafınızdakı insanlara çatdırın.

Buğa - günün ilk yarısında situasiya kəskin reaksiya, qərarların qəbul olunması prosesində çeviklik tələb edir. Məntiqli, soyuqqanlı olun. Yalnız belədə uğur qazana bilərsiniz. Maraqlı ideyalarını sizinlə bölüşəcək həmfikirlərlə dil tapmağa çalışın.

Əkizlər - günün ilk yarısı yeni işlərə başlamaq üçün əlverişlidir. İnnovasiyalı layihənin ilkin mərhələsində fəal olun. Həmkarları və ya həmfikirləri özünüzə cəlb edin. Münaqişəli situasiyaları həll edin.

Xərçəng - günün ilk yarısında ən ağır işlərlə məşğul ola bilərsiniz. Özünüzə güvənin. Diqqətinizi cəmləyin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin məsələlərin həllində süst davranmayın.

Şir - günün ilk yarısında vəziyyət ilk baxışdan ümidsiz təsir bağışlasa da, ruhdan düşməyin. Çaşqınlığa yol verməyin, hadisələrin axarını nəzarətsiz qoymayın. Qətiyyətli və iradəli davranışın mükafatı yaxşı nəticə olacaq.

Qız - günün ilk yarısında böyük layihənin ilk mərhələsində çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin. Unutmayın ki, böyük nailiyyət kiçik uğurlardan ibarətdir. Planlaşdırmaya başlayın. Qarşınıza ambisioz məqsədlər qoymayın.

Tərəzi - işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri sərinləşdirməyin. Günün ilk yarısında problemlərin yeni həllini tapa bilərsiniz. Qarşılıqlı mənfəəti unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.

Əqrəb - mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Oxatan - gərgin və aktiv fəaliyyətin yaxşı nəticə verməsi üçnü təkbaşına çalışmayın. Yaddan çıxardığınız vədləri qarşı tərəf unutmayıb.
Yolda çətinliklər yarana bilər. Uzunmüddətli səfərlərə çox qüvvə və vaxt sərf etməyin. Yaranan imkanlardan faydalanmağı unutmayın.

Oğlaq - günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.

Dolça - çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.

Balıqlar - yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Sizdən dəstək gözləyən insanlara kömək edin. Başqalarının qərar və hərəkətlərini aşkar şəkildə pisləməyin.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanları müzakirə mənbəyinə çevirməyin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google