16 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını unutmayın.

Buğa - kiçik problemlər və uyarsızlıqlar sizi uzaqlara yollanmağa, tənha qalmağa vadar etməsin. Bəzi adamların yaramaz hərəkətləri ilə qarşılaşanda hamıdan və hər kəsdən narazı qaldığınızı göstərməyə dəyməz.

Əkizlər - cari məsələlərin həlli və qayğıların çözülməsi aktiv fəaliyyət tələb edir. Ən adi məsələlərdə müşkül durum yarana bilər. Təmkinli olun, soyuqqanlı davranın. Bələd olmadığınız insanla söhbətdə emosional fərd təsiri bağışlamayın.

Xərçəng - çoxsaylı imkanlara və cazibədar şanslara rəğmən bir işi seçin. Bütün diqqəti həmin işin başa çatdırılmasına, effektiv görülməsinə yönəldin. Diqqətli olun. Adi günlərdə səbrinizin çatmayacağı mürəkkəb, intellektual prosesi tamamlandırın.

Şir - düşünülmüş, səbatlı qərarların reallaşdırılması üçün yaxşı zamandır. İşlərdə ləngimələr və gecikmələr ola bilər. Gəlirlərdə azalma müşahidə olunacaq. Enerji və həddən artıq vaxt tələb edən layihəyə başlamaq üçün münasib zaman deyil.

Qız - yaşam ritmini köklü şəyildə dəyişməyin. Mütləq şəkildə uğur əldə etmək üçün sizə xas olmayan hərəkətlər etməyin. Özünüzə sadiq qalın, amma mümkün problemi qulaqardına vurmayın. Yaxşı hazırlaşın, yalnız düşünülmüş qərarlar verin. Yaşam arealında qayda yaradın, diqqətinizi cəmləyin.

Tərəzi - danışıqlar və müzakirələr aparmaq üçün yaxşı zamandır. Planlarınız barədə addımbaşı danışmayın. Bununla belə, etibarlı yardımçı və köməkçi aramalısınız.
Planları dəyişməyin. Görüləsi işlərin siyahısını hazırlayın, həmin siyahıya bənd-bənd riayət edin.

Əqrəb - maliyyə hesabatları və işgüzar danışıqlar üçün yaxşı zamandır. Səhiyyə sahəsində çalışırsınızsa, işləriniz lap əla olacaq. Məhkəmə-hüquq problemlərini həll etmək, iddialara cavab vermək olar. Uzunmüddətli istifadə üçün texnikanın alışını ertələyin.

Oxatan - bəzi məsələlər dəqiqlik, müəyyənlik tələb edir. Başladığınız işi yaxşı yerinə yetirmək üçün nə etməli olduğunuzu tam anlamalısınız. Sual verməkdən, nə isə soruşmaqdan çəkinməyin. Detallarla təfərrüatları qulaqardına vurmayın.

Oğlaq - tədqiqat, elm və ya səhiyyə sahəsində çalışırsınızsa, uğurlu situasiyadan yararlanmağa cəhd göstərin. Addım atmaq və ya qərar verməzdən əvvəl yaxşıca düşünün. Səlis, dəqiq qərarlar verin. Qeyri-formal müzakirələr üçün yaxşı zamandır.

Dolça - məsuliyyətsiz davranış və düşünülmədən deyilən sözlər yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərə bilər. O insanlar dediklərini unutmayacaqlar.
Uğura kor-koranə şəkildə bel bağlamayın. Rasional olun. Problemlərin həllinə konstruktiv yanaşın.

Balıqlar - uzunmüddətli işə və ya layihəyə başlamaq üçün çox əlverişli zamandır. Xərcləri nizama salın. Təşkilati və istehsalat məsələlərini həll edin. İşdə rəhbərliklə ünsiyyətdə hiyləgərlik etməyin.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google