16 dekabr üçün ulduz falı
Qoç
- günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət uğurlu
alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda
vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını
unutmayın.
Buğa - kiçik problemlər və uyarsızlıqlar sizi uzaqlara yollanmağa,
tənha qalmağa vadar etməsin. Bəzi adamların yaramaz hərəkətləri ilə
qarşılaşanda hamıdan və hər kəsdən narazı qaldığınızı göstərməyə
dəyməz.
Əkizlər - cari məsələlərin həlli və qayğıların çözülməsi aktiv
fəaliyyət tələb edir. Ən adi məsələlərdə müşkül durum yarana bilər.
Təmkinli olun, soyuqqanlı davranın. Bələd olmadığınız insanla
söhbətdə emosional fərd təsiri bağışlamayın.
Xərçəng - çoxsaylı imkanlara və cazibədar şanslara rəğmən bir işi
seçin. Bütün diqqəti həmin işin başa çatdırılmasına, effektiv
görülməsinə yönəldin. Diqqətli olun. Adi günlərdə səbrinizin
çatmayacağı mürəkkəb, intellektual prosesi tamamlandırın.
Şir - düşünülmüş, səbatlı qərarların reallaşdırılması üçün yaxşı
zamandır. İşlərdə ləngimələr və gecikmələr ola bilər. Gəlirlərdə
azalma müşahidə olunacaq. Enerji və həddən artıq vaxt tələb edən
layihəyə başlamaq üçün münasib zaman deyil.
Qız - yaşam ritmini köklü şəyildə dəyişməyin. Mütləq şəkildə uğur
əldə etmək üçün sizə xas olmayan hərəkətlər etməyin. Özünüzə sadiq
qalın, amma mümkün problemi qulaqardına vurmayın. Yaxşı hazırlaşın,
yalnız düşünülmüş qərarlar verin. Yaşam arealında qayda yaradın,
diqqətinizi cəmləyin.
Tərəzi - danışıqlar və müzakirələr aparmaq üçün yaxşı zamandır.
Planlarınız barədə addımbaşı danışmayın. Bununla belə, etibarlı
yardımçı və köməkçi aramalısınız.
Planları dəyişməyin. Görüləsi işlərin siyahısını hazırlayın, həmin
siyahıya bənd-bənd riayət edin.
Əqrəb - maliyyə hesabatları və işgüzar danışıqlar üçün yaxşı
zamandır. Səhiyyə sahəsində çalışırsınızsa, işləriniz lap əla
olacaq. Məhkəmə-hüquq problemlərini həll etmək, iddialara cavab
vermək olar. Uzunmüddətli istifadə üçün texnikanın alışını
ertələyin.
Oxatan - bəzi məsələlər dəqiqlik, müəyyənlik tələb edir.
Başladığınız işi yaxşı yerinə yetirmək üçün nə etməli olduğunuzu
tam anlamalısınız. Sual verməkdən, nə isə soruşmaqdan çəkinməyin.
Detallarla təfərrüatları qulaqardına vurmayın.
Oğlaq - tədqiqat, elm və ya səhiyyə sahəsində çalışırsınızsa,
uğurlu situasiyadan yararlanmağa cəhd göstərin. Addım atmaq və ya
qərar verməzdən əvvəl yaxşıca düşünün. Səlis, dəqiq qərarlar verin.
Qeyri-formal müzakirələr üçün yaxşı zamandır.
Dolça - məsuliyyətsiz davranış və düşünülmədən deyilən sözlər yaxın
ətrafınızdakı insanlarla münasibətlərinizi gərə bilər. O insanlar
dediklərini unutmayacaqlar.
Uğura kor-koranə şəkildə bel bağlamayın. Rasional olun.
Problemlərin həllinə konstruktiv yanaşın.
Balıqlar - uzunmüddətli işə və ya layihəyə başlamaq üçün çox
əlverişli zamandır. Xərcləri nizama salın. Təşkilati və istehsalat
məsələlərini həll edin. İşdə rəhbərliklə ünsiyyətdə hiyləgərlik
etməyin.