17 dekabr üçün ulduz falı
Qoç - işinizi
optimallaşdırmağın yollarını düşünün. Gündəlik fəaliyyətinizdə,
adət etdiyiniz işlərdə nöqsanlar və çatışmazlıqlar var. Layihələr,
yeni sifarişlər varsa, tələsməyin. Vurnuxmaya yol verməyin. Günün
ikinci yarısında yad müstəvidə uğurlar qazanmağa
çalışacaqsınız.
Buğa - prioritet məqsədi müəyyənləşdirin, ona doğru irəliləməyə
çalışın. Ofisdəki iş cansıxıcı olsa da, tapşırıqları vaxtında və
səhih yerinə yetirin. Təcili işlərdə ləng davranmayın. Yaxın
ətrafınızdakı insanlar arasında sizə yardım edəcək insan var.
Əkizlər - kiçik problemlər ciddi neqativ emosiyalar yarada bilər.
Sadəcə, öhdəliklərinizi yerinə yetirin. Sizi sınağa çəkmək
istəyənlər var. Günün olaylarını diqqətlə müşahidə edin.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarda gərəkli
informasiyalardan yararlanın. İstənilən an yeni işə hazır olun.
Xərçəng - problemlərin öhdəsindən qeyri-trivial şəkildə gələ
bilərsiniz. İntuisiyanıza, "altıncı hiss"inizə güvənin. Aktiv
fəaliyyəti təxirə salaraq bir qədər dincəlmək və ya maraqlandığınız
işlə məşğul olmaq istəkləriniz yersizdir.
Şir - yaşam sakit və rəvan olsa da, temperamentinizi nümayiş
etdirməyə səbəb tapacaqsınız. Situasiyadan asılı olmayaraq təmkinli
davranın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın.
Günün ikinci yarısında kimlərsə dediklərinizi nəzərə almırsa,
aqressivləşməyin. Hadisələrin soyuqqanlı təhlili bir sıra səhvlərin
qarşısını alar.
Qız - yaxın ətrafınızdakı insanların qərarlarınıza kobud təsirinə
və müdaxiləsinə imkan verməyin. Adi, yeknəsək yaşamı dəyişmək
istəyi yaranıbsa, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə
çatmağa çalışın. Günün ikinci yarısında mənasız riskə yol verməyin.
Fəsadları ağır olacaq səhvlərə yol verməmək üçün enerjinizi
yaradıcı istiqamətə yönəldin.
Tərəzi - yaranmış situasiyanı, sadəcə, inad və ya əzmlə dəyişmək
mümkün deyil. Buna rəğmən, ruhdan düşməyin. Saatlar keçdikcə müsbət
təmayüllərin təsiri artacaq. Maliyyə məsələlərində risk etməyin.
Xərclərinizə nəzarət edin.
Əqrəb - aktiv olun, yaşam proseslərinə nəzarət rıçaqlarını əldən
verməmək üçün fəal çalışın. Səlahiyyətlərinizi başqasına həvalə
etməyin. İşdən imtina etsəniz, itkilər qazancdan daha çox olacaq.
Əməyinizin bəhrəsini mənimsəmək və ya öz adına çıxarmaq istəyənlər
tapılacaq.
Oxatan - enerjili və fəal davranaraq məqsədə çatmaq üçün bütün
vasitələri sınayın. Emosional yenilənməyə zərurət var. Belə anlarda
dəyişikliklər yanğısı ilə çılğınlıqdan qurtulmaq gərəkdir.
Yeniliklər və islahatlar nədənsə vaz keçməyi tələb edir. Usanmayın.
Yeni imkanlar qurbansız olmur.
Oğlaq - təmaslarda ehtiyatlı, ünsiyyətdə səlis olun. Düşünülməmiş
deyilən söz opponenti rəqibə çevirə bilər. Özünüzə nəzarət edin.
İşgüzar əlaqələr və biznesi təhlükəyə atmayın.
Kredit götürmək, borc almaq məsləhət deyil. Günün ikinci yarısında
illüziyalara qapılmayın. Arzularınız və istəkləriniz hər şeydən
mühüm nəsnələr deyil. Ailə üzvləri ilə təmaslarda qayğıkeş, səmimi
olun.
Dolça - qəti qərar verərək sözdən işə keçməzdən əvvəl ən optimal və
mümkün qədər effektiv yol tutduğunuza əmin olun. Mübahisə də ola
bilər. Fikirləri ilə mövqeləri sizdən tam fərqlənən insanla
mükalimədə haqlı olduğunuzu hər vəchlə sübut etməyə can
atmayın.
Balıqlar - uzun müddətdən bəri hazırladığınız planı mükəmməl etməyə
çalışın. Problemlərin özbaşına, avtomatik həllini tapacağını
ağlınıza belə, gətirməyin. İdeyalarınızı reallaşdırmaq üçün etibar
etdiyiniz insanların yardımlarına ehtiyacınız
var.