Gündə 3 xurma yemək... - Xurmanın bilmədiyimiz faydaları
13:56 / 18.12.2018
Xurma ləzzətli olmaqla yanaşı insan orqanizminə
faydalıdır.
Dəmir, folik turşu və kalsium kimi bir çox mineral xurmanın
tərkibində var. Amma qeyd etmək mütləq vacibdir ki, 3 ədəd xurmanın
60 kalorisi var. Bu səbəbdən də ləzzətinə qapılıb xurmanı daha çox
qəbul etmək olmaz.
Xurmanın insan orqanizminə olan faydalarını təqdim edirik.
Həzmi asanlaşdırır
Xurmanın tərkibində lif çoxdur. 100 qram xurmada 3.5 qram lif var.
Buna görə də mədədə şişir və mədəni gec tərk etdiyi üçün toxluq
hissi yaradır. Yüksək lif bağırsaqları işlədir və qəbz problemini
həll edir.
Dərini təravətləndirir
Xurmanın tərkibi antioksidantla zəngindir. Bu isə dərilərin
yenilənməsini təmin edir. Xurma dərinin ehtiyacı olan nəmi ona
verir, dəri daha elastik olur. Dəri elastikliyini itirdikdə isə
üzdə qırışlar meydana gəlir.
Bundan başqa xurmanın tərkibindəki B vitamini dəridə yaranan
yaraların da tez sağalmasına kömək edir.
Arıqlamağa kömək edir
Xurmanın tərkibində yüksək miqdarda lif olduğu üçün mədədə uzun
müddət qalır və həzmin sürətini azaldır. Bu isə toxluq müddətinin
uzanmasına, daha az qidalanmağa səbəb olur. Orqanizmində dəmir az
olan insanlar arıqlamaqda çətinlik çəkirlər. Xurmanın tərkibində
isə dəmirin miqdarı çoxdur. Bu isə metabolizmanı sürətləndirir.
Əzələ ağrıları
Orqanizmdə maqnezium azlığı tez-tez əzələ ağrılarına səbəb olur.
Xurmanın tərkibindəki maqnezium əzələləri gücləndirir, protein
sintezində və sovrulmasında dəstəkçi olur. Gündə 2-3 ədəd xurma
qəbul etmək gündəlik maqnezium ehtiyacını qarşılayır.
Ürək sağlamlığı
Xurma ürəyin dostu olan qidalar siyahısında ilk yerdədir. Xurmanın
tərkibindəki potasium mineralı qan təzyiqini stabilləşdirir və ürək
ritmini normaya salır. Tərkibində xolesterol olmadığı üçün ürəyi
ziyanlı bakteriya və mikroblardan qoruyur, damar tıxanması riskini
azaldır.
Stres və gərginliyi azaldır
Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki,
sinirləri gücləndirən B6 vitamini xurmanın tərkibində çoxdur. Bu
isə stresə qarşı bir müdafiə yaradır. Xurmanın tərkibindəki B1
vitamini də sinir sisteminin sağlamlığı üçün faydalıdır.
Qan azlığının qarşısını alır
Xurmanın tərkibində dəmirin miqdarı çoxdur. Müntəzəm qəbul edən
insanlarda qan azlığının da qarşısını alır. Bundan başqa B2 və B3
vitaminləri də qırmızı qan hüceyrələrinin sayını artırır.
Enerji deposudur
Gün ərzində özünü yorğun hiss edən, halsız olan insanlar xurma ilə
ehtiyac duyduqları enerjini təmin edə bilərlər. Yüksək enerji
sayəsində xüsusən də arıqlamaq istəyən insanlar və inkişaf dövründə
olan uşaqlar üçün çox faydalıdır.
İmmunitet sistemini gücləndirir
Xurmanın tərkibində immunitet sistemini dəstəkləyən selenium və C
vitamini boldur. Bu isə orqanizmi zərərli bakteriya və mikroblardan
təmizləyir. Bundan başqa maqnezium da orqanizmdə yarana biləcək
infeksiyaların miqdarını azaldır.
Sümükləri gücləndirir
Xurmanın tərkibindəki kalsium və fosfat sümük yaranmasına və
orqanizmin sümük strukturuna müsbət təsir edir. Bundan başqa sümük
əriməsi və yumşalması kimi sümük xəstəliklərinin də qarşısını
alır.
Mənbə: Milli.az