Damarları təmizləyən məhlul
Çox yağlı yeməklər damarlarınızın tıxanmasına səbəb olur. Damarların bu hala gəlməsi ürək damar xəstəlikləri, infarktı və müxtəlif xəstəlikləri də özü ilə gətirir. Damarların daha sağlam ola bilməsi üçün damar sağlamlığı baxımından faydalı olan yeməkləri istehlak edə bilərsiniz.

Damar təmizləyən məhlullar reseptini hələ də sınamayıbsınızsa, aşağıdakı reseptə baxa bilərsiniz.

Lazım olanlar

- 250 ml zəncəfil suyu
- 250 ml sarımsaq püresi
- 250 ml limon suyu
- 250 ml alma sirkəsi
- 5 xörək qaşığı bal

Baldan başqa hamısını qarışdırın və orta istilikdə 30 dəqiqə bişirin. Məhlulu davamlı qarışdırın. Daha sonra bir kənara qoyub soyumasını gözləyin.
Qarışığa bal əlavə edin, qarışdırın və qarışığı təmiz bir şüşəyə tökün. Bu məhlulu soyuducuda 1 ya 2 ay ərzində saxlaya bilərsiniz.
Bu məhlulu ac qarınına hər səhər 1 xörək qaşığı için.



Faydaları

Sarımsaq və bal, qan təzyiqini və xolesterol səviyyəsini azaldır, zəncəfil ürək xəstəliklərini önləyir, limon ürək döyüntülərini nizamlayır, alma sirkəsi bədəndən toksinləri təmizləyir.
Bu üsul alternativ tibb üsuludur. Tərkibində olanlara qarşı bir allergiyanız olub olmadığını öyrənmək üçün bir mütəxəssisə müraciət etmək lazımdır.

Print