20 dekabr üçün ulduz falı
Qoç - peşəkar fəaliyyət sahəsi ilə bahəm, şəxsi münasibətlərdə gözlənilməzliklər vəd edən gündür. Baş verənlərə təəccüblənməyin. Situasiyanı dərhal təhlil edin, düzgün qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlar hər şeyin məhz düşündüyünüz kimi getdiyini düşünürlər. Qətiyyətli və iradəli olun ki, məhz belə təəssürat yaransın.

Buğa - əvvəlcə danışıb sonra düşünməyin. Yaxın ətrafınızdakı insanlar sizdən incimir, sizi anlamağa çalışırlar. Rəğbət bəslədiyiniz insan sizin emosional davranışınıza sərt reaksiya verməyəcək.

Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır.

Xərçəng - istənilən qərar və addımlarınız, həttə ən sadə işlər belə, bədxahlarla rəqibləri sinirləndirəcək. Eqoist, sərt, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən insan təsiri bağışlamayın. Təşəxxüslü və aqressiv davranmayın.

Şir - çox xoş gündür. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər, gözlənilməz gəlir, sürpriz ola bilər. Son vaxtlar sizi narahat edən problemləri tezliklə həll edə bilərsiniz. İşgüzar baxımdan o qədər də əlverişli gün deyil, amma uzunmüddətli planlar qurmaq olar.

Qız - gərgin, ağır gündür. Günün ikinci yarısı səhər saatları ilə müqayisədə daha uğurlu olacaq. Nahardan sonrakı vaxta ciddi, yüksək diqqət və izafi səylər tələb edən işlər planlaşdırmayın. Aktiv, enerjili olun.

Tərəzi - potensial və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Bu, qarşı tərəfin də gülünc vəziyyətə düşə biləcəyi naqolay situsiya yarada bilər. Siz, ümumiyyətlə, pis təsir bağışlaya bilərsiniz. Ruhdan düşməyin, təslim olmayın. Qarşınızda yeni imkanlar yaranır. Sadəcə, doğru istiqaməti vaxtında seçin və gərəkli yolla irəliləyin.

Əqrəb - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq.

Oxatan - bu gün sizi maraqlı hadisələr və situasiyalar gözləyir. Macəralar aramayın - onlar özləri sizi tapacaqlar. Ətrafınızda baş verənlərə sürətli, vaxtında və dürüst reaksiya verin. Səhvlərə yol verməyin, yanlış addımlar atmayın. Peşəkar fəaliyyət sahəsindəki uğurlarınızla qürrələnə bilərsiniz.

Oğlaq - tamamilə yeni, qeyri-adi qərarlar qəbul etmək olar. Yeni təəssüratlara ehtiyac var. Məhz onlar sizin irəliləyişinizə səbəb olacaqlar. Peşəkar fəaliyyət sahəsində ciddi nailiyyətlər əldə etmək imkanları var. İstək və niyyətlərinizdə yeniliklər ola bilər. Yeni maraqlar yaranacaq. Əvvəl başladığınız işləri başa vurmaq üçün gərəkli adamı tapa bilərsiniz.

Dolça - günün ilk yarısı emosional fon baxımından əlverişlidir. Son vaxtlar sizi narahat edən problemləri təhlil edin, düşünün. Müşküllərə yenidən baxaraq çözüm yolu tapmaq olar. Bundan başqa, yeni tanışlıqlar və ünsiyyət üçün çox yaxşı zamandır.

Balıqlar - uğurlu, əlverişli gündür. Fəaliyyətinizin nəticələri gözləntilərinizdən artıq olacaq. İşlər çox olsa da, onların öhdəsindən gələcəksiniz. İstirahət və ünsiyyət üçün də vaxt qalacaq. Yeni tanışlıqlar olacaq. laqeyd yanaşmadığınız insanla qəfil görüş olacaq.


Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google