Bu qidaları çox yemək insanı öldürür
Adətən bir çox qidaları orqanizmə faydalıdır deyə
çox yeməyə çalışırıq.
Amma araşdırmalar zamanı məlum olub ki, bu qidalardan bəzilərindən
həddindən artıq çox istifadə hətta ölümə belə səbəb ola bilir.
Sözü gedən qidaları təqdim edirik.
Su
Gündə 2 litr su içmək lazım olduğunu hər birimiz bilirik. Amma bu
miqdarın üç qat artığını içdikdə böyrəklər onu atmaq üçün həddindən
çox işləyir. Çox işləyən böyrəklər beyin iltihabına səbəb olur.
Bəli, suyun çoxu sizi öldürə bilər.
Qəhvə
Gündə 113 fincan qəhvə ölümcüldür. Bu halda şəxs həddindən çox
kofein istifadəsindən deyil, su zəhərlənməsindən ölə bilər. 113
fincan qəhvədə 30 litr su var.
Alma çəyirdəyi
18 ədəd alma yemək sizi öldürməz, amma bu 18 almanın çəyirdəyini
yesəniz, tərkibindəki siyanür sizi öldürə bilər. Qeyd edək ki,
siyanür hidrosiyanik turşudan yaranan metal duzların ümumi
adıdır.
Şokolad
Şokoladın tərkibində az da olsa teobromin var. Bu güclü maddə sinir
sisteminə xəbərdarlıq edir. Bir oturumda 8 kilo şokolad yesəniz,
ishal olub epileptik tutmalar yaşayarsınız. Daha sonra daxili
qanama və ürək tutması ilə həyatınızı itirərsiniz.
Diş məcunu
Təxminən 24 qab diş məcunu udmaq ölümlə nəticələnə bilər.
Banan
Bananın tərkibindəki potasium orqanizm üçün yararlı olsa da, 400
ədəd banan yeməniz ölümünüzə səbəb ola bilər.
Siqaret
Bir ədəd siqaretin içində 0,8 mq nikotin var. Bir gündə 75 siqaret
çəksəniz, həyatınızı itirərsiniz.
Duz
Bir dəfəyə 48 çay qaşığı duz istehlak etmək ölümə səbəb olar.
Spirt
Sağlam bir adam heç qusmadan 1 saat içində tərkibində 40 faiz spirt
olan 1.25 litr spirtli içki içərsə, həyatını itirər.