21 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısında qeyri-standart, hətta emosional ideyalar yarana bilər. Çoxdan bəri həllini tələb edən mürəkkəb problemi çözməyə başlayın. Çətin və yarımçıq işi tamamlayın. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə başağrısına səbəb problemlər yarana bilər. Sürəkli mübahisələr hamı üçün sərfəli həll variantını əldə etməyə mane olacaq.

Buğa - bütün mühüm işləri günün ilk yarısında görmək gərəkdir. İşgüzar danışıqlar, müzakirələr, məsləhətləşmələr və rəhbərliklə problemin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. İroniya ilə tanışmayın. Eqoist və təkəbbürlü olmayın.

Əkizlər - günün ilk yarısı işgüzar yazışma, rəhbərlik təmaslar və tərəfdaşlarla ünsiyyət üçün əlverişlidir. Həmkarlarınız mövqeyinizi anlayacaq, fikirlərinizi bölüşəcəklər. Aktiv olun, süstlüyə qapılmayın.

Xərçəng - günün ilk yarısında planlarınızı təftiş edin. İşgüzar səfər xeyir verə bilər. Bütün işlərə eyni vaxtda başlamayın. Belədə uğur qazanmayacaqsınız.
Düşünülməmiş qərarlar və tələsik əməllər başağrısı, depressiya yarada bilər.

Şir - yaşam arealında yeniliklər etmək üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı məsələləri uğurla həll etmək olar. Fəaliyyət sahənizi dəyişmək istəyirsinizsə və ya yeni iş yeri barədə düşünürsünüzsə, tələsik qərar verməyin.

Qız - iradəli, qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir gətirəcək.

Tərəzi - günün ilk yarısı anlaşma və müqavilələrin imzalanması, yeni sifarişin qəbul olunması üçün əlverişlidir. Pullarınızı sərfəli şəkildə yatıra bilərsiniz. Sənədlərlə məşğul olun, hüquqi problemi həll edin.

Əqrəb - günün ilk yarısında çox riskli təsir bağışlayan işi və ya layihəni reallaşdıra bilərsiniz. Diqqətli və sayıq olsanız, yarımçıq işləri başa vura bilərsiniz. Ehtiyatlı davranın, şansı dəyərləndirmək üçün çılğın qərarlar qəbul etməyin.

Oxatan - gəlirlərin artırılması, münasibətlərin normaya salınması, yarımçıq işlərin başa çatdırılması üçün əlverişli zamandır.
Sadə və təvazökar olun. Uğurlarınızla qürrələnməyin, eqoist davranmayın. Diqqət mərkəzində olmağa can atmayın. Kölgədə nə qədər çox qalsanız, bir o qədər yaxşıdır.

Oğlaq - günün ilk yarısında işlərdə ciddi irəliləyiş ola bilər. Sərfəli anlaşmaya nail olmaq, yeni işgüzar tərəfdaşlar tapmaq imkanları var. Həmkarlarla müzakirələr apararaq qarşılıqlı yardımlara nail ola bilərsiniz.

Dolça - günün ilk yarısında mühüm işləri unutmayın. Plan çərçivəsində hərəkət edin. Diqqətli olun. Hətta yaddan çıxarılmış və unudulmuş mobil telefon belə, problemlər yarada bilər.

Balıqlar - həmkarlar, işgüzar tərəfdaşlar və şəriklərlə birgə fəaliyyət üçün əlverişli gündür. Yeni tanışlıq istisna deyil. Uzaqdan yaxşı xəbərlər ala bilərsiniz.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google