21 dekabr üçün ulduz falı
Qoç
- günün ilk yarısında qeyri-standart, hətta emosional ideyalar
yarana bilər. Çoxdan bəri həllini tələb edən mürəkkəb problemi
çözməyə başlayın. Çətin və yarımçıq işi tamamlayın. Günün ikinci
yarısında yaxınlarınızla münasibətlərdə başağrısına səbəb
problemlər yarana bilər. Sürəkli mübahisələr hamı üçün sərfəli həll
variantını əldə etməyə mane olacaq.
Buğa - bütün mühüm işləri günün ilk yarısında görmək gərəkdir.
İşgüzar danışıqlar, müzakirələr, məsləhətləşmələr və rəhbərliklə
problemin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. İroniya ilə
tanışmayın. Eqoist və təkəbbürlü olmayın.
Əkizlər - günün ilk yarısı işgüzar yazışma, rəhbərlik təmaslar və
tərəfdaşlarla ünsiyyət üçün əlverişlidir. Həmkarlarınız mövqeyinizi
anlayacaq, fikirlərinizi bölüşəcəklər. Aktiv olun, süstlüyə
qapılmayın.
Xərçəng - günün ilk yarısında planlarınızı təftiş edin. İşgüzar
səfər xeyir verə bilər. Bütün işlərə eyni vaxtda başlamayın. Belədə
uğur qazanmayacaqsınız.
Düşünülməmiş qərarlar və tələsik əməllər başağrısı, depressiya
yarada bilər.
Şir - yaşam arealında yeniliklər etmək üçün münasib zamandır.
Daşınmaz əmlakla bağlı məsələləri uğurla həll etmək olar. Fəaliyyət
sahənizi dəyişmək istəyirsinizsə və ya yeni iş yeri barədə
düşünürsünüzsə, tələsik qərar verməyin.
Qız - iradəli, qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz.
Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya
minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra
həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar
gəlir gətirəcək.
Tərəzi - günün ilk yarısı anlaşma və müqavilələrin imzalanması,
yeni sifarişin qəbul olunması üçün əlverişlidir. Pullarınızı
sərfəli şəkildə yatıra bilərsiniz. Sənədlərlə məşğul olun, hüquqi
problemi həll edin.
Əqrəb - günün ilk yarısında çox riskli təsir bağışlayan işi və ya
layihəni reallaşdıra bilərsiniz. Diqqətli və sayıq olsanız,
yarımçıq işləri başa vura bilərsiniz. Ehtiyatlı davranın, şansı
dəyərləndirmək üçün çılğın qərarlar qəbul etməyin.
Oxatan - gəlirlərin artırılması, münasibətlərin normaya salınması,
yarımçıq işlərin başa çatdırılması üçün əlverişli zamandır.
Sadə və təvazökar olun. Uğurlarınızla qürrələnməyin, eqoist
davranmayın. Diqqət mərkəzində olmağa can atmayın. Kölgədə nə qədər
çox qalsanız, bir o qədər yaxşıdır.
Oğlaq - günün ilk yarısında işlərdə ciddi irəliləyiş ola bilər.
Sərfəli anlaşmaya nail olmaq, yeni işgüzar tərəfdaşlar tapmaq
imkanları var. Həmkarlarla müzakirələr apararaq qarşılıqlı
yardımlara nail ola bilərsiniz.
Dolça - günün ilk yarısında mühüm işləri unutmayın. Plan
çərçivəsində hərəkət edin. Diqqətli olun. Hətta yaddan çıxarılmış
və unudulmuş mobil telefon belə, problemlər yarada bilər.
Balıqlar - həmkarlar, işgüzar tərəfdaşlar və şəriklərlə birgə
fəaliyyət üçün əlverişli gündür. Yeni tanışlıq istisna deyil.
Uzaqdan yaxşı xəbərlər ala bilərsiniz.