23 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısı qısamüddətli işlər üçün pis deyil. Enerjiniz çoxdur. Qətiyyətli və iradəli olun. Şəxsi maraqlarınızı ön plana yıxararaq tərəfdaş və ya müttəfiqlərin mənafelərini unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır.

Buğa - enerji potensialınızın səviyyəsi yüksəkdir. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız və perspektivsiz işlərə sərf etməmək üçün prqamat olun. Texnika və avtomobilin təmiri, fiziki təmrinlər üçün əlverişli zamandır.

Əkizlər - rəqabət ruhu günün leytmotividir. Aktivliyiniz yüksək olmalıdır. Rəqibləri üstələmək üçün bütün vasitələrdən istifadə edin. Seçilmiş taktikanın səhilhliyinə əmin olmadan hərəkət etməyin.

Xərçəng - günün ilk yarısında çətin işə hazırsınızsa, uğur sizin olacaq. Sürətli reaksiyanızı nümayiş etdirin. Problemlərin həllinə yaradıcı yanaşın, qeyri-ordinar çözüm yollarını tapın. Aktivliyinizdən və enerjinizdən yararlanaraq həllini çoxdan bəri təxirə saldığınız məsələləri səhmanlamağa başlayın.

Şir - düşünülməmiş addımlar atmayın. Riskin də həddi var. Başladığınız, amma bitirmədiyiniz işləri tamamlayın. Yeni işlərə tələsməyin. Həmfikir, tərəfdaş və ya müttəfiqi asanlıqla tapa bilərsiniz. Bilik və bacarıqlarınızı artırın.

Qız - təmir və rekonstruksiya üçün yaxşı zamandır. Evdə kiçik təmirə başlamaq olar. Fəqət genişmiqyaslı yeniliklərə start verməyin. Yaşam yerinin dəyişdirilməsi üçün ilk addımı atın. Biznes layihələrində uğur olacaq.

Tərəzi - yeni müttəfiq və tərəfdaş aramaq olar. Biliklərinizi artırın, yenilikləri əxz edin. Sərmayə, yeni layihə və iri miqyaslı məsələnin həlli üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə çətinlikləri ilə qarşılaşa bilərsiniz.

Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayıb əzmkar olsanız, əlavə gəlir mənbəyi ilə qarşılaşacaqsınız. Hesablaşmalarda diqqətli, sənədləşdirmədə sayıq olun. Tələsik qərarlar verməyin. Sonucları və potensial fəsadları əvvəlcədən proqnozlaşdırmağa çalışın.

Oxatan - az danışıb çox iş görün. Belədə planlarınızı reallaşdırmaq üçün əlavə gəlir mənbələrinə yiyələnəcəksiniz. Amma irəliləyəcəyiniz yolu müəyyənləşdirərkən tələsik qərar verməyin. Səhv etməyin.

Oğlaq - günün ilk yarısında yeni tanışlıqlar istisna deyil. Problemlərinizi həll etmək üçün fəal olun. İndiyədək sınamadığınız metodlardan yararlana bilərsiniz. Yeni məlumat və ya informasiya əldə edin.

Dolça - daha yaxşı işlərin öhdəsindən gələ biləcəyinizi sübut edin. Potensialınızı göstərin. Problemlərin həllində qeyri-standart metodları seçin. Uzunmüddətli perspektivə hesablanmış işlərə başlamayın. Layihələri diqqətlə saf-çürük edin.

Balıqlar - tələsik qərarlar ağır səhvlərə və hesablamalarda yanlışlığa səbəb ola bilər. Mühüm işləri təxirə salın. Rutin məsələlərin çözümünə vaxt ayırın. Söz və hərəkətlərinizə ciddi fikir verərək təkbaşına çalışın.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli