24 dekabr üçün ulduz falı
Qoç
- çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə
münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun.
Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə
izləyin. Niyyət və istəklərinizi dəqiqləşdirin.
Buğa - günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin
həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə
xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa
vurmağa çalışın. İşdə aktiv olun, işgüzar insan olun.
Əkizlər - birgə fəaliyyətdə rolunuzu və öhdənizə düşən işləri dəqiq
planlaşdırın. Belədə nüfuzunuz daha da artar. Nəzərdə tutulmamış
gəlir istisna deyil. Yaradıcı insanlar üçün uğurlu zamandır.
Məharətinizi nümayiş etdirə bilərsiniz. Uzunmüddətli səfər
planlaşdırmayın.
Xərçəng - peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün münasib
zamandır. Tərəfdaş və şəriklərinizi yeni ideyanızla tanış edin.
Məntiqli danışın, laübəli fikirlər söyləyin. Şəxsi əmlakla bağlı
məsələlərdə sayıq davranın.
Şir - ən çətin işlərin öhdəsindən asanlıqla gələ bilərsiniz.
Karyera müstəvisində irəliləməyə can atın. İşdə rəhbərliyə müraciət
etmək, danışıqlar aparmaq mümkündür. Nüfuzunuzu artırmaq üçün aktiv
çalışın. Praqmat olun. Maliyyə məsələlərində diqqətli davranın.
Qız - günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən
müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Ən yaxşı
məziyyətlərinizi nümayiş etdirin. Bilik və bacarıqlarınızı
göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi
yardım istəyi ilə sizə müraciət edəcəklər.
Tərəzi - sağlam praqmatizmdən kənarlaşmasanız, işlərin öhdəsindən
gələcəksiniz. Özünüzdən bədgüman olmayın. Xüsusi diqqət tələb edən
çətin işlərə başlaya bilərsiniz. Təşəbbüskar olmaqdan çəkinməyin.
Bununla belə, reallığı dürüst qiymətləndirin.
Əqrəb - işgüzar sahədəki maneələri sürətlə dəfə edə bilərsiniz.
Maddi durumunuzu yaxşılaşdırmağa can atın. Yardıcılıq potensialınız
yüksəkdir. Maraqlı ideyalarınızı həyata keçirməyə çalışın.
Planlaşdırılmamış səfərlərdən biri effektiv və mühüm ola bilər.
Oxatan - günün ilk yarısındakı əlverişli şərtləri dəyərləndirin.
Sürətli nəticə əldə etməyə can atmayın. Enerjinizi konkret əməllərə
və fəaliyyətə yönəldin. Peşəkarcasına işləyin, aldığınız
sifarişləri unutmayın. Vədləri qulaqardına vurmayın. Maliyyə
məsələlərində gərginlik yaranacaq.
Oğlaq - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır.
Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul
edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi
olmayan vasitələrdən istifadə edə bilərsiniz.
Dolça - işgüzar müstəvidə sizə gərəkli ola biləcək, yardım edəcək
insanları öz tərəfinizə cəlb edin. Belədə daha ciddi nəticələrə
nail olmaq, resurslarınızdan effektiv yararlanmaq imkanlarınız
artacaq. Hisslərinizin əsiri olmayın, illüziyalara qapılmayın.
Yanlış qərar verməyin.
Balıqlar - günün ilk yarısı münasib və əlverişli zamandır.
Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə
məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun.
Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir
gətirəcək.