25 dekabr üçün ulduz falı
Qoç - Bütün səylərinizə rəğmən günün ilk yarısında problemlərin sayı az olmayacaq. Çətinlikləri aradan qaldırmağa başlayın. Önəmli məsələlərlə bağlı qərarı təxirə salmayın.

Buğa - Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın.

Əkizlər - Məkrli insanların şirin dilinə aldanmayın. Tələyə düşməyin, boş söhbətlərə qatılmayın. Təmkinli olun, qərarları düşünüb verin. Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın dəqiq qiymətləndirilməsi zərurəti yaranıb.

Xərçəng - Diqqətli olun ki, günün ilk yarısındakı problemlər qulaqardına vurulmasın. Maraqlarınızı heçə sayanların qarşısını alın və ümumiyyətlə, belə adamlara heç nəyi etibar etməyin.

Şir - Sizə məxsus olan nəsnəyə yiyələnmək istəyən insan qanun çərçivəsidə cəcazalanmalıdır. Beləsi problemi məhkəməyədək barışıqla həll etməyə çalışsa da, ona inanmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın.

Qız - Əlverişli zamandır, çünki günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər və sədlərə rəğmən niyyətinizə çatacaqsınız. Prosesi sadələşdirmək və asanlaşdırmaq üçün hiyləgərlik etməli olacaqsınız. Durum sizi narahat etməsin. Yaxın ətrafınızdakı insanlara zərər verməyin.

Tərəzi - Əfsuslar olsun ki, narahat, gərgin zamandır. Situasiya əhvalınıza təsir edəcək. Aqressiv davranaraq özünüzü və ətrafınızdakı insanları usandırmayın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Aradığınız informasiyanı əldə edə bilərsiniz.

Əqrəb - Səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Yeni münasibətlərə çox bel bağlamayın. Belə ünsiyyətlərin perspektivləri azdır.

Oxatan - Yaxşı, əlverişli, rəvan zamandır. Ciddi ehtiyac duyulmursa, fəaliyyət istiqamətlərində köklü dəyişikliklərə başlamayın. Bəzi işlər maraqlı təsir bağışlaya bilər. Ancaq onlar sərf ediləcək səylərə dəyməz. Köhnə dostlardan, etibarlı müttəfiqlərdən biri vədinə əməl etməyəcək. Bel bağladığınız insan öhdəliklərini unudacaq.

Oğlaq - Günün ilk yarısında kommersiya və maliyyə işlərində uğurlar əldə edə bilərsiniz. Yeni sifariş və ya tapşırığı vaxtında yerinə yetirmək üçün ləng tərpənməyin. Tərəfdaşlar, müttəfiq və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli olun.

Dolça - Hər şey göründüyü kimi deyil. Günün ilk yarısında qəfil uğur, gözlənilməz nailiyyət ola bilər. Qarşınızda maraqlı imkanlar yaranır. Şəraitin əlverişli axarından yararlanmağa çalışın. Cəsur və qətiyyətli olun. Öz qüvvənizdən bədgüman olmayın, zəif düşməyin.

Balıqlar - Yaxşı dostunuz varsa, güzgüyə qətiyyən ehtiyacınız yoxdur. Dostun dəyərini bilin.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია