Günə 2 mixək çeynəməyin 5 faydası
Orta əsrlərdə təbiblər şahlara, imperator və ətrafına günə 1-2 mixək çeynəməyi məsləhət görərdilər.
Mixək bahalı və uzaq ellərdən çətinliklə gələn ədviyyat olduğu üçün onu yalnız rəhbər insanlar əldə edə bilirdi. Fəqir təbəqə mixəyə, istiota həsrət idi.


İndi mixək hamı üçün əlçatan olduğu üçün siz də günə 1-2 mixək çeynəməyə vərdiş edin.
Mixəyin tərkibində olan beta karotin, B qrup, C, E vitamin, Omeqa 3, müxtəlif mineral onun müalicəvi əhəmiyyətini artırır.

1. Angina, stomatit, faringit kimi ağız boşluğu, boğaz xəstəliklərini sağaldır, qarşısını alır.

2. Bağırsaqları qurdlardan təmizləyir.
Yeməkdən 1 saat əvvəl mixək çeynəmək parazit, mikrob və qurdları öldürür.
Mixək hətta vərəm çöplərinə də qalib gələ bilir.

3. Həzmi yaxşılaşdırmaq üçün
Qanayan xoralarda mixək olmaz. Amma digər köpü, həzmi problemli olan insanlar gün ərzində 1-2 mixək çeynəsinlər. Həm də mixək arıqlamağa kömək edəcək.

4. Aşağı təzyiqi qaldırır
Qəhvədən daha yaxşı təsir göstərir. Baş ağrısı, baş gicəllənmə, yorğunluğu götürür.

5. Xərçəngin qarşısını alır
Mixəkdə olan evgenol adlı maddə şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. Bu barədə elmi araşdırmalar var. Əgər kimsə xərçəngdən qorxursa, genetikasında bu xəstəlik varsa, profilaktika üçün mixək çeynəsə yaxşı olar.


Mənbə:Milli.az


Print ელ. ფოსტა
FaceBook Twitter Google