26 dekabr üçün ulduz falı
Qoç - Peşəkar fəaliyyət sahənizlə yanaşı, fərdi yaşamınıza da təsir edə biləcək məlumat alacaqsınız. Xırda detallarla təfərrüatlara fikir verin. Önəmli məsələləri nəzərdən qaçırmayın. Günün ikinci yarısında yaxşı məsləhət alacaqsınız. Bununla belə, işgüzar tərəfdaşınızla münasibətlərdə sərinlik yarana bilər.


Buğa - İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdəki problemləri aradan qaldırmaq üçün səy göstərin. İndiyədək barəsində danışılmayan, daha doğrusu, gündəmə gətirilməyən problemlər həllini tələb edir. İradlarınızda təmkinli olun.

Əkizlər - Əlverişli, yaxşı gündür. Enerji potensialınızın səviyyəsi az deyil. Amma ehtiyatı əldən verməyin, sərvaxt olun. Mobil rabitədə və ya internetdə problemlər istisna deyil.

Xərçəng - Hüquqi məsələlərin həllini təxirə salın. Məmurlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün o qədər də əlverişli zaman deyil. Bələd olmadığınız adamlara etibar etməyin. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin.

Şir - Sabiq tərəfdaşlarla əlaqələri bərpa etmək mümkündür. Yeni tanışlarla danışıqlarda ehtiyatlı olun. Maliyyə məsələlərində sayıq davranın, məntiqli qərarlar verin.

Qız - Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyirlər. Peşəkarlıq səviyyənizin yüksək olduğu sahələrdə rəqiblərinizi üstələməyə çalışın. Problemlərin sayı artsa da, maneələri dəf etmək mümkündür.

Tərəzi - Yaxın gələcəklə bağlı planlarınızı reallaşdırmağa başlayın. İşləri pis təşkil etsəniz, sürəkli problemlərlə qarşılaşacaqsınız. İndiyədək sıx əməkdaşlıqda olmadığınız insanla tərəfdaşlıqda fayda var.

Əqrəb - Ətrafınızdakı insanların fikirlərini absolyut həqiqət saymayın. Fərdi mövqelərin nümayişi təşəxxüsdən xəbər verir. İradların sayını artırmayın. Tənqidə sərt reaksiya verməyin. Yardım etmək istəyənlərin təkliflərini nəzərə alın.

Oxatan - Günün ilk yarısından etibarən qeyri-ordinar hadisələr baş verəcək. Yaranan vəziyyətdəki naqis məqamları görün və sayıq olun. Yaxşı xəbərləri problemlər müşayiət edəcək. Yasaqlar və qadağalar durumu daha da ağırlaşdıra bilər.

Oğlaq - Maliyyə və kommersiya məsələlərində irəliləyişlər olacaq. Sizinlə uzun müddət çalışmamış insanlarla birgə fəaliyyət zərurəti yaranarsa ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin. Kreditlə heç nə almayın.

Dolça - Sizə dəxli olmayan məsələlərlə bağlı fikir bildirəndə ehtiyatlı olun. Maraqlarınızı yaxın ətrafınızdakı insanların mənafelərindən üstün tutmayın. Laqeyd və soyuqqanlı davranışda, eqoizmdə suçlana bilərsiniz.

Balıqlar - Günün ilk yarısında işgüzar danışıqlarda normal davranın, emosiyaların əsiri olmayın. Həmkarlar və tanışlarla təmaslarda məntiqi unutmayın. Yaxşı tanımadığınız insanlara sirlərinizi açmayın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google