3 yanvar üçün ulduz falı
Qoç - günün ilk yarısından etibarən ciddi işlərə başlamayın. Mürəkkəb hesablamalar, sənədləşdirmə və ya digər formada intellektual fəaliyyətdə tələskənliyə yol verməyin. Aramla hərəkət edin, ciddi təhlil olmadan qərar qəbul etməyin. Yanlışlıqlar və səhvlərin sayını artırmayın.

Buğa - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə maksimal dərəcədə ehtiyatlı olun. Yad təsirlərə, bədxahların şirin dillərinə aldanmayın. Xüsusi maraq oyatmayan işləri görmək məcburiyyətində qalacaqsınız. Münaqişəli situasiya yaranıb. Qarşıdurmaya səbəbkar olmayın.

Əkizlər - diqqətinizi mənasız işlərə ayırmayın. Sizi işdən ayıra biləcək səbəblər sürəkli olaraq artır. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə məntiqli olun. Yığılan problemlər sizdən təxirəsalınmaz həll tələb edir. Aktiv olun, işləri yarımçıq qoymayın.

Xərçəng - səhər saatlarında işiniz və ya biznesinizlə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Böyük ümidlər bəslədiyiniz sifariş, yaxud da layihədə çətin situasiya yaranıb. Hər məqamla maraqlansanız, fəaliyyət prosesində ləngimələr müşahidə olunacaq.

Şir - dünyagörüşü, bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün münasib zaman günün ilk yarısıdır. Aldığınız son məlumatı dostlarla paylaşın. Sirlərinizi etiraf etməyə tələsməyin. Ümumi işdə yaranmış qəfil situasiyanı müzakirə edin.

Qız - səhər saatlarından etibarən özünüzü əzgin, pərişan hiss etməyin. Ailə qayğıları ilə iş arasında optimal balansa nail olun. Yaxınlarınızın qarşısındakı öhdəlikləri yerinə yetirmək zamandır. Eyni zamanda, fəaliyyət planını da unutmayın. Hamının xoşuna gəlməyə çalışmayın.

Tərəzi - situasiyanın çətinliklərindən şikayətlənmək əvəzinə şəraitə uyğunlaşmağa çalışın. Toplantı, çıxış və görüş pis alınmayacaq. Yeni layihəyə başlamayın. İşinizdə səlist, dürüst olun. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.

Əqrəb - şərait fərqli yanaşma tələb edəndə vasvasılıq etməyin. Tərəddüdlər yalnız geriləmə vəd edir. Mövqelərinizdə səbatlı olun və qalib gəlməyə çalışın. Amma bunun üçün mütəhərrik davranış, çeviklik tələb olunur.

Oxatan - ən dəqiq, ağır və mürəkkəb işi görmək üçün səhər saatları əlverişlidir. Vaxt keçdikcə situasiya ağırlaşacaq. Başqalarının problemlərini həll etməyə can ataraq öz işinizə barmaqarası baxmayın. Gəlir, mənfəət əldə edə biləcəyiniz ünsürləri kimsəyə həvalə etməyin.

Oğlaq - yaxşı tanıdığınızı düşündüyünüz insanın bu gün tamamən fərqli məziyyətlərini görəcəksiniz. Bəzi adamlarınsa xain olduğunu anlayacaqsınız. Fəqət peşəkar fəaliyyətiniz sizdən belə adamlarla zahirən normal münasibətlər qurmağı tələb edir.

Dolça - genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli zaman deyil. Rutin öhdəlikləri unutmayın, cari işləri və tapşırıqları yerinə yetirin. İşdə rəhbərliklə danışığı təxirə salın. Asılı olduğunuz insanlarla münasibətləri korlamayın.

Balıqlar - sözlərinizdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanları çox tənqid etməyin. Ehtiyatsız, düşünülməmiş deyilən kəlmə rəqiblərinizin sayını artıra bilər. Özünüzə düşmən qazanmayın
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli