8 yanvar üçün ulduz falı
Qoç - səhər saatlarından etibarən aktiv olun. Diqqətinizi cari işlərdən yayındıra biləcək amillər formalaşa bilər. Fəaliyyətdə ləngimə, anlaşılmazlıq, hərəkətlərlə qərarların tərəfdaşla razılaşdırılmamış şəkildə izharı, məlumatın ötürülməsində yanlışlıq ola bilər.

Buğa - aldığınız məlumat və informasiyaları təhlil edin. Yeni planlarda bel bağladığınız insanlarla əlaqə saxlayın. Yaşamınızda bütün problemli sahələri aktivləşdirən energetikadan yararlanın. Artıq keçmişdə qoymağınız gərəkən problemi birdəfəlik həll edin. Sonra isə bütün qüvvənizi yeni işin həllinə yönəldin.

Xərçəng - niyyətlərlə imkanlar və bacarıqları uyğunlaşdırmaq asan deyil. Nə isə pozitiv istiqamətdə dəyişəcək. Emosiyalar çoxdur. Gərginləşən məqamlara sürətlə, dürüst reaksiya verin. Təhlükəsizliyi təmin edin, münaqişələrdən yayının. Ən yaxşı ideyaların qəflətən yarandığını unutmayın. Ən yaxşı ideyaları diqqətdən yayındırmayın, iş üçün istifadə edin.

Şir - yeni imkanlar yaranır və onlardan yararlanmağa çalışın. Digər tərəfdən, sizə mane olmağa çalışan bədxahlar fəallaşırlar. Sayıq və təmkinli olun.
Təşəbbüskarlığı minimuma endirin, təkid etməyin. Çevik olun, işinizin detallarına diqqət yetirin. Ev işləri və yaxınlarla münasibətlərə laqeyd olmayın.

Qız - yaşam arealınızı təftiş edin. Planlarınız ciddi transformasiyaya uğrayacaq. Tamamilə yeni maraqlar peyda ola bilər.
Planlaşdırma və olayların digər iştirakçıları ilə perspektivlərin müzakirəsi üçün əlverişli gündür. Yaşananları dramatikləşdirməyin, təlaşa qapılmayın. Enerji artımından bilavasitə iştirakınızı tələb edən işlərin görülməsi üçün yararlanın.

Tərəzi - əlavə məsuliyyət və öhdəliklərə ehtiyac yoxdur. Gərjinlik və cari problemlər işinizə mənfi təsir etməməlidir. Hansısa plan, yaxud niyyət əlçatmaz ola bilər. Reaksiyanız yetərincə sakit, təmkinli olmalıdır. Hazırda daha ciddi məsələlərə diqqət yetirin.

Əqrəb - ayın ən mühüm günlərindən biridir. Gözlənti və niyyətlərinizdə uğurlarla yanaşı, pərişanlıq da ola bilər.
Gün məhsuldar, təmaslar isə məzmunlu olacaq. Müstəqil düşünün, yeni ideyaları rədd etməyin.

Oxatan - planlar çoxdur. Nə etmək gərəkdiyinizi bilsəniz də, vaxt və qüvvə qıtlığı var.
Səhhətinizə fikir verin, qüvvənizi düzgün paylaşdırın. Əlavə iş görməyin, sifariş qəbul etməyin. Maraqlı ideyalara laqeyd yanaşmayın, onları gerçəkləşdirmə yollarını arayın.

Oğlaq - yaşamınızda nəyisə köklü şəkildə dəyişmək imkanı yaranır. Yeni işin cazibədar, amma əlavə çətinliklər vəd etdiyini anlasanış belə, geri çəkilməyin. Səbrli və soyuqqanlı olun. Nəticələr bədxahlarınızı pərişan edəcək.

Dolça - ayın ən mühüm günlərindən biridir. Baş verənlər çox ciddidir. Yeni səviyyəyə çıxmaq, niyyətinizi reallaşdırmaq şansını əldən verməyin. Praqmat olun. Xəbərlərlə dəyişikliklərə məntiqli yanaşın. Ümumi işdə iştirakınızı həmkarlar və rəhbərliklə müzakirə edin.

Balıqlar - kommersiya əməliyyatları, pul köçürmələri, rəhbərliklə danışıqlar üçün əlverişli gün deyil. İstənilən çətinlikdəki işə başlamaqdan çəkinməyin. Əyləncə istəklərini unudun. Səhhətinizə fikir verin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google