Qışda susuz qaldığımızı bildirən əlamətlər
Yay
fəslindən fərqli olaraq insanlar qışda su içməkdə çətinlik
çəkirlər. Çünki isti havalarda kifayət qədər tərlədiyimizə görə,
orqanizmin suya olan tələbabatı da artır. Qışda isə bədənin
istiliyini çay və qəhvə kimi içkilərlə tənzimləmək mümkün olur.
Bütün bunlara baxmayaraq orqanizmin suya olan tələbatı
dəyişmir.
Əllərinizin və ayaqlarınızın üşüməsi
Bu fəsildə orqanizm daxili maye mühitini tarazlamaq əvəzinə qan
dövranını pozmağa cəhd edir. Bu səbəbdən əllər və ayaqlar üşüməyə
başlayır. Nəticədə orqanizm suya ehtiyac duysa belə bunu hiss
etməyə bilərik.
Soyuq havalarda nəfəsinizdən buxar çıxırsa
Soyuq havalarda öz nəfəsinizi görməyiniz, vücudunuzdan buxar
şəklində su ayrıldığını bildirir. Hava nə qədər soyuq olsa və siz
nə qədər çox hərəkət etsəniz, o zaman orqanizminiz daha çox maye
itirəcək. Buna görə də qış aylarında, yaya nisbətən daha çox su
içməyiniz lazımdır. Əgər məşq edirsinizsə, onda hər zaman
olduğundan 10 stəkan daha artıq su içməlisiniz.
Tərkibində bol miqdarda su olan meyvə və tərəvəzlərdən çox istifadə
edin. Bunlara armud, alma, üzüm, portağal, naringi, xiyar, boranı
və kərəviz aid edilə bilər.
Bu meyvələrin tərkibində həmçinin də çoxlu vitamin və minerallar
olur.
Qışda şorba və ət bulyonu kimi qidalar da su ehtiyacını ödəyə
bilər.
Dərinizə nəmləndirici krem çəkin. Bu orqanizmdən su buxarlanmasının
qarşısını nisbətən alacaq.
Mənbə: Milli.az