Ürəyinizin səsini eşidirsinizsə… - Qəfil ölüm riskinə DİQQƏT!
Taxikardiya - loru dillə desək
insanın öz ürək döyüntülərini hiss etməsi və eşitməsidir. Bu hiss
normal atan və ritmi düzgün olan ürəkdən xəbər verdiyi kimi,
ürəkdəki ritm probleminin göstəricisi ola bilər. Həyəcanlandıqda,
eyforiyaya düşdükdə, yaxud qan təzyiqi yüksəldikdə əmələ gələn
atışlar fizioloji cavab olaraq taxkardiya yarada
bilər.
Bundan başqa, anemiya və dərmandan istifadə ürək ritmini artıraraq
taxikardiyaya səbəb ola bilər. Həyəcanlanma, idman, həddən çox çay,
qəhvə istehlakı, siqaret, nikotin, spirtli içki də bunu tətikləyən
amillərdəndir.
Qorxu və narahatlıq, qəfil ölüm riskinə diqqət
Ritmin anidən yüksəlməsi ürəyin dayana biləcəyi fikrini yaratdığı
üçün taxikardiya yaşayan insanın yaxınları qorxu və narahatlıq
keçirir. Halbuki adi ürək ritmini taxikardiyadan ayırd etmək
mümkündür. Lakin ürək ritmləri artan şəxslərdə tutmalar qısa
müddətli və seyrək olursa, o zaman təsbit çətinləşə bilər.
Ritm pozuntusu olan şəxslərdə həm də taxikardiyanın
göstərici olan bu əlamətlər ciddiyə
alınmalıdır:
- Ritm pozuntusu olan insanlarda rast gəlinən
taxikardiya adətən qəfildən
başlayır.
- Taxikardiya səbəbindən asılı olaraq qısa, yaxud
uzun müddətli ola bilər.
- Eyforiya bunu tətikləyə bilir, amma adətən
durduğu yerdə başlayır, bəzən isə yuxudan ayıldacaq qədər güclü
olur.
- Ritm pozuntusu ilə bağlı digər əsas
göstəricilərdən biri ürəkgetmə, yaxud baş
gicəllənməsidir.
- Ritm pozuntusu ilə əlaqəli ürəkgetmələri
taxikardiya müşayiət edir.
Xüsusilə ürək problem olan, ailəsində erkən yaşda qəfil ölüm olan
şəxslərdə taxikardiya ilə yanaşı, yalnız ürəkgetmə olması ritm
pozuntusunun təhlükəli həddə olmasından xəbər verir.
Ritm pozuntusu riski olan şəxslərdə bəzən ilk əlamət qəfil ölüm ola
bilər. Ürək problem olan və ailə üzvlərindən biri qəfil itirən
şəxslər isə xüsusilə ani ölüm təhlükəsi altındadır. Bu şəxslər
sağlamlığına xüsusi diqqət yetirməli, ürək döyüntülərini eşitdikdə
mütləq kardioloqa müraciət etməlidir.
Mənbə:
Milli.az