10 yanvar üçün ulduz falı
Qoç - bilik, informasiya və təcrübənin artırılması üçün əlverişli gündür. Təcrübə mübadiləsinə, habelə nə isə əxz edəcəyiniz insanla təmaslara can atın. Xoşagəlməz insanla ünsiyyətdən yayınmayın: hətta beləsi ilə danışıqdan faydalı nə isə öyrənə bilərsiniz. Sizi tənqid edirlər. O tənqidlərə fikir verin.

Buğa - günün ilk yarısında neqativ təmayüllərin təsiri güclüdür. Ehtiyatlı olun. Fəaliyyətinizdə ünsiyyətə ayrılan zamanı azaldın. Sözlərinizdə həssas olun. Düşünülməmiş deyilən kəlmələr müttəfiqinizi rəqibə döndərə bilər. Bədxahların fəallaşma riski var.

Əkizlər - karyera müstəvisində irəliləmək, cazibədar və maraqlı işgüzar təkliflər almaq şansları var. Çox çalışın ki, parlaq nəticələr əldə edəsiniz. Tərəfdaş və həmkarlarınız bunu mütləq anlayacaqlar.

Xərçəng - gün çətin, qarışıq və mürəkkəb də olsa, çox işləri başa vura bilərsiniz. Əvvəlki günlərlə müqayisədə uğura nail olmaq çətinləşib. Qətiyyətli və iradəli olun. Belədə yaxın ətrafınızdakı insanların sayğısını qazana bilərsiniz.

Şir - uğur əldə etmək üçün səy göstərmək gərəkdir. Mübarizə aparmağı da unutmayın. Güclü rəqiblə qarşıdurma perspektivi sizin enerji və ambisiyalarınızı daha da artıra bilər. Peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edəcəksiniz. İşdə rəhbərliklə danışıqlar aparmaq üçün əlverişli zamandır. Günün maliyyə fonu uğurludur. 

Qız - işgüzar danışıqların aparılması, birgə layihələrə başlamaq üçün əlverişli zamandır.
Müttəfiq və həmfikirlərlə yanaşı, dost da tapacaqsınız. Peşəkar fəaliyyətlə bağlı müzakirələr yaxşı keçəcək. Vədlərinizə əməl edin, öhdəlikləri yerinə yetirin. Tərəfdaşların bəziləri isə vədləri unudurlar. 

Tərəzi - sadə günlərdən deyil. Fəqət, müsbət təmayüllərin təsiri güclü olduğundan yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanlara güvənə bilərsiniz. Fikrinizi olduğu kimi deyərək yaxınlarınızın xətrinə dəyməyin. Tənqiddə həssas olun ki, münasibətlər korlanmasın.

Əqrəb - günün ilk yarısı məhsuldar keçəcək. Bu zaman ərzində vaxtınızı hədər yerə sərf etməsəniz, çox iş görə bilərsiniz. Son vaxtlar münasibətlərinizin normal olmadığı insanlarla belə, dil tapmağa çalışın.

Oxatan - rəsmi və ya qeyri-formal şəraitdə ünsiyyət üçün münasib zamandır. Müttəfiqləri asanlıqla tapacaqsınız. Uzun müddətdən bəri sizə yardım etmək istəməyən insanlar indi dəstək verməyə hazır olduqlarını deyirlər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Bu səbəbdən yorğunluq hiss etmirsiniz. 

Oğlaq - mənfi emosional fona malik gündür. İstənilən, hətta ən kiçik uğursuzluğu ürəyinizə salmayın. Dürüst yol seçdiyinizə şübhələnməyin. İndiyədək tam inandığınız insan etibarınızı dloğrultmaya bilər. Maliyyə məsələlərini həll etmək, alış-verişdə çox pul xərcləmək üçün əlverişli zaman deyil.

Dolça - peşə fəaliyyəti üçün çox əlverişli zamandır. Ciddi və işgüzar olun. Detallara, təfərrüatlara diqqət verin. Yaxın ətrafınızdakı insanların laqeyd yanaşdıqları kiçik məsələləri nəzərdən qaçırmayın. Səhvlərə yol verməməyə çalışın.

Balıqlar - müstəqil çalışmaq üçün əlverişli gündür. Çətin, mürəkkəb, diqqət və təfərrüatlara fikir verilməsini tələb edən işlərlə məşğul olun. Hesablamalarda səhvlərə yol verməyin. Düşünülmüş qərarlar qəbul edin, heç nəyi nəzərdən qaçırmayın. Birgə fəaliyyətlə bağlı çətinliklər yaranır. Tez-tez yaranan fikir ayrılıqları gərəkli nəticəyə nail olmağa mane olur.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google