11 yanvar üçün ulduz falı
Qoç - sakit, ümumən pis olmayan gündür. Böyük uğurların olacağını düşünməyin. Başladığınız işləri bitirin. Əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri işgüzar tərəfdaşlarla müzakirə edin.

Buğa - yeni işlər və layihələr üçün pis gün deyil. Hansısa sifarişi yerinə yetirmək və ya layihəyə başlamaq istəyirsinizsə, bunu təkbaşına etməyin. Yardıma ehtiyacınız var.
Ambisioz planlar qurmaq olar. Karyer inkişafı məsələlərini işdə rəhbərliklə, yaxud da nüfuzlu insanlarla müzakirə etmək olar.

Əkizlər - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Qarşınıza dəqiq və real məqsədlər qoyun. Vaxtınızı, səylərinizi boş işlərə xərcləməyin. İşləri ikinci dərəcəli və əsas məsələlərə ayırın. İşgüzar danışıqlar, nüfuzlu insanlar, ictimai və siyasi həyatda iştirak üçün uğurlu gündür. 

Xərçəng - mürəkkəb və qarışıq gündür. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Sonradan fəsadlarının aradan qaldırılması çətin olan səhvlərə yol verməyin.
Təhsildə, informasiyanın əldə olunmasında problemlər yarana bilər. Nüfuzlu insanlarla görüş, danışıqlar, müzakirələr, yeni anlaşmaların nəzərdən keçirilməsi məsləhət deyil.

Şir - qarşınızda yeni üfüqlər açan, yeni imkanlar yaradan əlverişli gündür. İşgüzar danışıqlarda aktiv olun. Görüşdüyünüz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa, müsbət rəyin formalaşmasına çalışın.

Qız - günün ilk yarısı uğuruludur. Yeni layihəyə başlamaq, müstəqil fəaliyyət və ya birgə işlərə qatılmaq üçün yaxşı gündür. Təşəbbüskar və aktiv olun. Yaranan çətinlikləri dəf edin, sədləri aşın. İşgüzar səfər və səyahətlər uğurlu olacaq.

Tərəzi - kiçik problemlər və xırda çətinliklər yaransa da, ruhdan düşməyin, narahat olmayın. Məqsədə doğru irəliləyişin yollarınını bilirsiniz. Baş verən hadisələrdən asılı olmayaraq nikbin davranın. Özlərinə əmin olmayan insanlar sizə can atırlar. Onlara mənəvi dəstək verin, ruhlandırın.

Əqrəb - mürəkkəb, gərgin gündür. Əhvalınız sürətlə dəyişə bilər. Heç bir lüzum olmadığı təqdirdə mənfi emosiyaların burulğanına düşməyin. Gərginliyi artırmayın, mübahisələri böyütməyin. Münasibətlərdəki çətin məqamları daha da ağırlaşdırsanız, düşmənlər və rəqiblərinizin sayı daha da artacaq.

Oxatan - uğursuz, çətin və qarışıq gündür. Fəqət, yaranan çətinlikləri əvvləki günlərdən fərqli olaraq daha qətiyyətlə və sürətlə dəf etməyə çalışın. Adi uğursuzluqları ürəyinizə salmayın. Maliyyə çətinlikləri ola bilər. Məntiqsiz və ehtiyac duyulmayan xərclərə yol verməyin.

Oğlaq - sizi təbdən çıxarmaq çox asanlaşıb və bədxahlar bundan maksimum dərəcədə istifadə etmək istəyirlər. Başqa vəziyyətdə əsla yol verməyəcəyiniz səhvlər edirsiniz. Soyuqqanlı və sakit olun. Təxribatlara uymayın. Qərar qəbul edəndən sonra isə bunu etibar etdiyiniz insanlarla müzakirə etməyi unutmayın.

Dolça - qarşınıza qoyduğunuz məqsədə bəlli çətinlikləri dəf edəndən sonra çatacaqsınız. Asan uğurlar olmayacaq. İşdə kiçik problemlər yaşanacaq. Sizin üçün mühüm proseslərdən birində ləngimə olacaq. Səbrli və təmkinli davranın.

Balıqlar - işlərinizin nəticələrini və məziyyətlərinizi yaxın ətrafınızdakı insanların görmədiyini düşünərək özünüzü reklam etməyin. Belə davranış həmişə effektiv olmur.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google