“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı
“WhatsApp”ın Android istifadəçiləri üçün tətbiq
etdiyi yeniliyin beta versiyasında bir funksiya diqqət
çəkib.
“WhatsApp”ın uzun zamandır üzərində çalışılan və sirr olaraq
saxlanılan yeni xüsusiyyəti üzə çıxıb.
iOS platforması üçün Face İD və Touch İD xüsusiyyətlərini
təkmilləşdirməyə davam edən “WhatsApp” Android üçün də barmaq izi
ilə şəxsiyyəti təsdiq etmə funksiyasını test etməyə başlayıb.
Androidin Betasının 2.19.3 versiyasında “WhatsApp”ı barmaq izi ilə
kilidləmək imkanı verilir.
Artıq barmaq izini daxil edə bilməyən “WhatsApp”a girə bilməyəcək.
Beləcə, telefonun ekran kilidini açsanız belə, “WhatsApp”a qoşulmaq
üçün ayrıca barmaq izini də daxil etməli olacaqsınız.
Bu, o deməkdir ki, başqa istifadəçilərin “WhatsApp”dakı
yazışmalarınıza baxması üçün şəxsiyyəti təsdiq edən ekranı da
açmaları tələb olunur. Bu xüsusiyyət bütün proqramı kilidləyir.
Eyni xüsusiyyətin iOS sistemində də tətbiq ediləcəyi gözlənilir.
Barmaq izi oxunmadığı zaman proqramı açmaq üçün alternativlər
təklif olunacaq. Yeni funksiyanın son halına nə zaman qovuşacağı
dəqiq bilinmədiyindən nə zaman istifadəyə veriləcəyi məlum
deyil.
Mənbə:
Oxu.az