Evdar qadınlar mətbəxdə tez-tez xoşagəlməz
çətinliklərlə qarşılaşırlar. Xanımların qarşılaşmış olduqları əsas
çətinliklərdən biri süd bişirdikdə südün daşıb tökülməsi, digəri
isə yeməyin həddindən artıq duzlu olmasıdır.
Bu kimi hallarla qarşılaşmamaq üçün sizə hazırlamış olduğumuz bir
neçə faydalı məsləhəti təqdim edirik.
- Daşıb tökülməsin deyə, südü qaynatdığınız qazanın
dibinə azca yağ çəkin.
- Südün tez qaynamasını istəyirsinizsə, onu
qaynatdığınız qazana azca şəkər tökün.
- Daha ləzzətli və ağ olması üçün düyünü
qaynatdığınız suya azca sirkə tökün.
- Kartofu qaynadarkən onu bir neçə yerdən deşsəniz,
bişəndə çatlayıb dağılmaz.
- Tərəvəz şorbasını vam odun üstündə bişirmək
lazımdır. Belə etsəniz tərəvəzlərin tərkibindəki vitaminlərin
əksəriyyəti parçalanmaz.
- Çox duzlanmış bulyona bir neçə çiy kartof atıb
qaynatmaqla onu duzsuzlaşdırmaq olar.