Yumurta sarısını tez-tez qəbul edin - Nevroloqlardan çağırış
20:48 / 13.01.2019
Arizona universitetinin nevroloqları insanlara
qida rasionunda xolinin səviyyəsinin normada olmasına diqqət
yetirməyə səslənib.
Hamilə qadınlar gündə minimum 500 mq xolin qəbul etməlidirlər. Bu
birləşmə sinir hüceyrələri arasında impulsların ötürülməsi üçün
vacibdir.
Xolin bütünlükdə sinir sistemi üçün dayaq rolunu oynayır.
Xolin daha çox yumurta sarısında, mal qaraciyərində, ətdə, balıqda,
süddə, pendirdə olur. Az miqdarda araxis, pomidor, kök, kələmdə
var.
Siçanlar üzərində aparılan təcrübə göstərib ki, Alzheymer
xəstəliyinin qarşısının alınmasında xolin rol oynayır. Hamiləlik
dönəmində xolinlə zəngin qidalar yeyən siçanların balalarında
yaddaş daha güclü olmuşdur.
Bu effekt hətta nəsildən-nəsilə də ötürülüb.
Xolin beyində toksiki çöküntülərin də olmasının qarşısını alır.
Beyni ziyanlı maddələrdən təmizləyir. Ona görə xolinlə tam təmin
olunmağınıza çalışın.
Mənbə:
Milli.az