1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? - ALİMLƏR AÇIQLADI
Britaniyanın Sasseks universitetinin
tədqiqatçıları "Quru yanvar" müsabiqəsinin nəticəsini elan
ediblər.
Aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki
qəbul etməyiblər. Bu barədə "EurekAlert" portalı məlumat yayıb.
Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. "Quru yanvar"dan
sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə
maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi tədqiq
ediblər.
Nəticələrə əsasən, spirtli içkidən 1 ay müddətinə imtina etmək
orqanizmin tonusunu qaldırır, dərinin vəziyyətini yaxşılaşdırır və
spirtli içki qəbulunu növbəti aylarda azaldır.
Bundan başqa spirtli içkidən imtina iştirakçıların 88 faizinə pula
qənaət etməyə imkan verib. Bundan başqa, britaniyalılar qeyd
ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir, yuxu
yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət
güclənir.