15 yanvar üçün ulduz falı
Qoç - pozitiv məzmunlu işlərdə gərginlik hiss olunacaq. İntriqa, rəqabət, xüsusi gözləntilərinizin olduğu situasiyalardakı sürətlənmələr sizi tonusda saxlayacaq. Tələskənliyə yol verməyin. Ünsiyyətdə diqqətli olun. Daxili enerji və ya gərginlik sizi düşünülməmiş addımlar atmağa vadar edə bilər. Yaxın ətrafınızdakı insanların mövqelərini qulaqardına vurmayın.

Buğa - nəzərdə tutduğunuz bəzi işlərdə çətinliklər yaranacağına hazır olun. Əsəbi, kəmhövsələ olmayın. Dəyişikliklərə meylli qərarlar qəbul etməyin. Tərəfdaş və ya həmkarlardan biri kəskin iradlarla çıxış edə bilər. Önəmli görüş və ya mühüm danışıqları sabahadək təxirə salın.

Əkizlər - işgüzar fəallıq üçün əlverişsiz gündür. Planlarınızı tələsmədən reallaşdırın. Niyyətlərin razılaşdırılması və planların müzakirəsi ilə bağlı problemlər hiss oluna bilər. Şərtlər və situasiya sizdən sürətli seçim tələb edir.

Xərçəng - çoxsaylı vədlər və öhdəlikləriniz sizə yeni imkanlardan yararlanmağa imkan vermir. Ev işləri və məişət qayğıları planlarla gözləntilər arasında münaqişə yaradır. Əlinizdən gələni edin, amma bacardığınızdan artığına can atmayın. Münasibət və reaksiyanız indi fəaliyyətinizdən daha önəmlidir.

Şir - situasiyanı gərəkli istiqamətdə yönləndirmək üçün stereotiplərdən uzaqlaşın. Həmsöhbətinizin əhvalını hiss edin. Onun davranışında dəyişkənlik var. Qarşınıza ciddi məqsədlər qoyubsunuzsa, qətiyyətlə irəliləyin.

Qız - gərginlik, heç bir motivasiyası olmayan əhval dəyişkənliyi və narazılıq yarana bilər. Yaxınlarınızdan biri aqressiv və dözümsüz davranırsa, səbrli olun. Kiminsə etiraflar və ya qəfil açıqlamaları sizdə diskofmort hissi yarada bilər. Lakin bu, cavab axtardığınız sualın aşkarlanmasıdır. Yaşamın öz qaydalarını diqtə etdiyi anlardan yayınmaq mümkün deyil.

Tərəzi - gərəkli nəticə əldə etmək üçün qətiyyətli, iradəli olun. İş və ya layihənizə cəlb etməyə çalışdığınız insanı dilə tutun. Fəaliyyətinizdə passiv olmayın.
Günün ikinci yarısında təkbaşına, müstəqil fəaliyyət göstərin. Emosiyalarınızın burulğanına düşməyin. Situasiyanın gərildiyini hiss etsəniz, səbrli olun. Planlaşdırdığınız işi tamamlayın. Qəfil xəbərlər sizə maraqlarınızın çərçivəsində yeni tərəfdaşlıq vəd edir.

Əqrəb - hisslərinizi araşdırın. "Köhnə yara"ların qövr etməsi istisna deyil. Belə zamanda mümkün narazılıqdan, emosiyaların kəskinləşməsindən qorunmaq çətindir. Əsəbi olmayın, yaşananların məğzini anlamağa çalışın.

Oxatan - təxəyyülünüz bu gün sizə yardım etməklə yanaşı, problemlər də yarada bilər. Hər şey məşğul olacağınız işdən asılıdır. Rutin və yeknəsək işlər planlamayın. Sizi sürprizlər və tapıntılar gözləyən yaradıcı işlər daha önəmlidir.

Oğlaq - öhdəlikləriniz, verdiyiniz vədlərin yerinə yetirilməsini, ev işlərinin görülməsini unudaraq yaxın ətrafınızdakı insanların maraqlarının təminatına can atmayın. Ümumi planlarınızı reallaşdırmaq istəyirsinizsə, təmkinli və soyuqqanlı olun.

Dolça - tələskənlik, dağınıqlıq, nevroz davranış yolverilməzdir. İnformasiya axtarışı, çətin intellektual məsələnin həlli ilə ciddi məşğul olsanız, məhsuldar gündür. Çərçivə nə qədər dar, vaxt nə qədər azdıra - səyləriniz və zəhmətiniz bir o qədər effektiv olacaq.

Balıqlar - görüləsi işlər və aldığınız tapşırıqlar artır. Yeni planlar var. Amma çin olmamış arzular, gerçəkləşməyən ümidlər hərəkətinizi yavaşıda bilər. Pis xəbərin alınması, harasa yollanaraq hansısa problemin həll edilməsi ehtiyacının yaranması mümkündür.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google