Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?
11:03 / 15.01.2019
Limon yağı və qoxusunun insan bədəninə müalicəvi
təsiri olduğunu bilirdiniz?
Aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni
qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan
mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan
əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon
yağından istifadə etməyi tövsiyə edir.
Konsentrasiya və diqqət pozğunluğunu bərpa edir
C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri
də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını
qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir
yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə
toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon
qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir.
Əhval-ruhiyyəni yaxşılaşdırır
Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv
dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların
heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın.
Havada uçan mikrobları təmizləyir
Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə
malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb
müxtəlif istiqamətlərə qoyun.
- Yüksək qan
təzyiqini aşağı salır
- Limonun sadəcə
meyvəsi deyil, qoxusu qan təzyiqi
azaldır.
- Həşaratları
evdən uzaqlaşdırır
Qarışqaların, ağcaqanadların və digər həşəratların limon ətirli
evdə qalması ehtimalı yoxdur. Kimyəvi qovuculara pul xərcləməyə
dəyməz. Daha təsirli olması üçün limonu iki yerə bölüb üzərinə
mixək dənəcikləri keçirin.
Rahatlaşdırır
Sitrus aroması sinir sistemini sakitləşdirir, narahatlıq hissini
azaldır və çətin gündən sonra yaranan gərginliyi azaltmağa kömək
edir. Əgər limon yağı yoxdursa, çarpayının yanına bir ədəd limon
qoyun.
Mənbə: Milli.az