16 Yanvar 2019-cu illə olan bürclər. Bu gün
bürclər nələr vəd edir.
Qoç - günün emosional fonu əlverişli deyil.
Əhvalınız normallıqdan çox uzaqdır. Qıcıqlı, dözümsüz, hirsli
olmayın. Belədə sizinlə çalışmaq çətindir. Maliyyə problemləri
yarana bilər. Diqqətli olun, borc almaq məqsədəuyğun deyil.
Buğa - uğurlar vəd edən gündür. Yaşam və iş
şəraitində yeniliklər edin. Səfər və səyahətlərdə xeyir var. Yolda
xoş tanışlıq baş tuta bilər. Nailiyyətləriniz diqqətdən kənarda
qalmayacaq. Yeni müttəfiqləriniz ola bilər. Maliyə durumu yaxşıdır.
Alış-veriş, istirahət etmək olar. Yaxınlarınızı sevindirin.
Sevdiyiniz insana xoş sürpriz edin.
Əkizlər - istənilən formatda və səviyyədə görüş,
danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Münasibətləri
uzun müddətə gərginləşdirə biləcək ixtilaflara yol alacaq
mübahisələrdən çəkinməyərək mühüm məsələləri müzakirə etmək olar.
Çətin problemin həllində aktiv olun. İrəliləyişə mane olan hər
şeydən qurtularağa çalışın. Yeni planlar qurun. Onların bir çoxunu
həyata keçirə biləcəksiniz.
Xərçəng - çətin, amma maraqlı işlər günüdür.
Aldığınız yeni məlumatı tez əxz edin, başqalarının təcrübəsindən
yararlanmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizə can atır.
Yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Pula ehtiyacınız
olduğu bu vaxtda gəlir əldə edəcəksiniz.
Şir - qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına
olursa-olsun, çatmaq istəyirsiniz. Bu yolda ətrafınızdakı
insanların qələzəblə qarşılaya biləcəyi metodlara əl atmayın.
Təbii, başqalarının fikrinə və mövqeyinə önəm verib-verməməyi siz
müəyyənləşdirirsiniz. Amma unutmayın ki, özünüzə nüfuzlu düşmən
qazana bilərsiniz. Bu insanla qarşıdurma isə uzun və üzücü ola
bilər. Maliyyə fonu əlverişsizdir. Gərəksiz itkilər və xərclər ola
bilər. Sərmayə yatırmaq, anlaşmalara varmaq məsləhət deyil.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.
Qız - birgə layihələrdə iştirak etmək üçün
əlverişli zamandır. Çətin vəziyyətə düşmüş insana yardım edin.
İctimai və siyasi proseslərdə fəal olun. Yeni işlərə başlamaq olar.
Təcrübə və ya xüsusi bacarıqlarınız olmasa belə, uğura sürətlə nail
olmaq mümkündür. İstənilən formatda işgüzar danışıqlar pis
keçməyəcək.
Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Ağır və
mühüm işlərə başlamaq məsləhət deyil. İstənilən təhlükəli, riskli
layihəni təxirə salın. Yalnız öz mövqeyinizə və fikrinizə
güvənməyin. Daha çox yaşam təcrübəsinə malik insanların
məsləhətlərini qulaqardına vurmayın. Diqqətsiz davranaraq səhvlərə
yol verməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişdə böyük
məbləğdə pul xərcləmək və ya sövdələşmək, danışıqlar aparmaq
məsləhət deyil.
Əqrəb - çətinliklər olsa da, ümidsiz gün deyil.
Problemlər əsla gözləmədiyiniz yerdə və zamanda yaranacaq.
Vəziyyətdən çıxış yolu tapmaqla yanaşı, formalaşan situasiyanı
xeyrinizə çevirin. Yeni maraqlı işlər yaranacaq. Müttəfiq və
tərəfdaşların yardımı ilə bu işlərin öhdəsindən gələ bilərsiniz.
Yeni tanışlıqlar üçün əlverişli zamandır. Çoxdankı anlaşılmazlığı
aradan qaldırmaq olar.
Oxatan - istənilən çətinlikdəki məsələlərin və
problemlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqeyinizi yaxın
ətrafınızdakı insanların nəzərinə çatdırmaqda müəyyən çətinlikilər
çəksəniz də, səbrli və soyuqqanlı olun. Belə davransanız, həmin
şəxslərin dəstəyini ala bilərsiniz.
Oğlaq - bu gün qeyri-adi, ətrafınızdakı insanları
təəccübləndirəcək ekstrevaqant addımlar ata bilərsiniz.
İntuisiyanız həddən artıq güclüdür. Duyğularınız bəzən sağlam
məntiqə zidd olsa da, yanlış deyil. Yeni, praktik bilgi və
bacarıqlar əldə edə bilərsiniz. Gəlirlər olacaq. Alış-veriş üçün
əlverişli zamandır. Ailə üzvləriniz və yaxınlarınızı sevindirin.
Bunun üçün ciddi səylərə ehtiyac yoxdur.
Dolça - mürəkkəb gündür. Ehtiyatlı olun, diqqət
mərkəzinə düşməməyə çalışın. Belə davransanız, ciddi problemlər
sizdən yan keçəcək. Yalınz rəğbət bəslədiyiniz insanlarla
təmaslarda olun. Yaxınlarınızdan biri istəmədən sizə ziyan vura
bilər. Maliyyə məsələlərində çox ehtiyatlı və sərfaxt olun.
Alış-veriş və kommersiya fəaliyyəti ilə bağlı tələsik qərarlar
verməyin, düşünülməmiş addımlar atmayın.
Balıqlar - bir qədər əvvəl başladığınız işi bitirmək və ya
cəsarətli layihəni reallaşdırmaq üçün əlverişli şəraitdən istifadə
edin. Uğurlu gündür. Risk etmək olar. Mühüm məsələləri müzakirə
edin. Peşəkar fəaliyyətinizin perpsektivləri ilə bağlı düşünün,
həmkar və müttəfiqlərlə görüşün. Yeni tanışlıqlar, romantik
münasibətlər üçün yaxşı gündür.