22 yanvar üçün ulduz falı
22 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - təlaşlı, effektivliyi az olan gündür.
Yerinizdə olun, suallara cavab verin. Yaşanan olayları reaksiyasız
qoymayın. Ehtiyac yaranarsa, təcili tədbirlərə əl atın. Heç nəyi
mürəkkəbləşdirməyin. Aktiv olun, çoxlu hərəkət edin. Səfər və ya
səyahət çətinliklə əldə edilən nəticə verən bilər. Məmurlarla
ünsiyyətdə mövqe və fikrinizi çatdırın. Onlar sizi anlamaq
istəməyəcəklər. Axşam saatlarında intellektual istirahəti seçin.
Xəbərlərdən başınız ağrıya bilər. Yeni təəssüratlara olan ehtiyac
böyükdür.
Buğa - gündəmdə duran planların reallaşması üçün
yaxşı gündür. İşlərdə ləngimələrin baş verməməsi üçün bütün
detalları fikirləşin. Əvvəl mümkün nəticələri düşünün, sonra yekun
qərar verin. Eyni vaxtda bir neçə işlə məşğul olmayın.
Uzunmüddətli, yetərincə dayanıqlı faydaya hesablanmış işə başlayın.
Sənədləşdirmədə diqqətli olun, mühüm detalları nəzərdən qaçırmayın.
Şəxsi münasibətlər üçün neytral gündür. Əlahiddə gözləntilər və
planlar mənasızdır. Ev işləri və məişət qayğılarını ailə
üzvlərinizlə bölüşün.
Əkizlər - ideyalar və faydalı fikirlər çoxdur.
İşin təşkilatı, diqqətin konsentrasiyası ilə bağlı problemlər ola
bilər. Həddən artıq işlə məşğul olmayın. Yaşamın adət etdiyiniz
ritmini qoruyun. Yeni işə başlamaq sizdən böyük səylər tələb
edəcək. Problemlərin həlli, səhvlər və yanlışlıqların olduğu
situasiyanın çözülməsinə ehtiyac var. Detalları dəqiqləşdirərək
müzakirə edin. Kollektivdəki qarşılıqlı münasibətlərə cəlb
olunubsunuz. Həyəcanlarınız ətrafınızdakı adamlar arasında yeni
fiqurla bağlı ola bilər. Nigaranlıq səbəbsiz deyil.
Xərçəng - hər şey istədiyiniz kimi alınmır.
Mühitin müqaviməti sizdə tənbəllik və ətalət yaratmasın. Bir işi
seçərək onu başa çatdırın. Nəticədən həzz aldığınızı hiss edənədək
işləyin. Mühafizəkar mövqe, inad və qətiyyət, xırdalıqlarla
təfərrüatlara ciddi fikir verilməsi irəliləyişinizi şərtləndirməklə
yanaşı, nüfuzlu adamın dəstəyini qazanmağınıza yardım edəcək. Şübhə
doğuran məsələlərə aldanmayın. Vədlərə inanmayın. Məşğul olduğunuz
işi genişləndirin. Stressi alış-verişlə sakitləşdirməyə çalışmayın.
Axşam saatlarında xoş söhbət fikrinizi dağıdacaq.
Şir - məsuliyyətli, cari hadisələrdə seçim
etməyinizi istəyən gündür. Nüanslara, xəbərlərə, qəfil görüşlərə və
mühüm məsələlərə olan reaksiyanıza fikir verin. Prioritetlər
dəyişir. Bu gün yeni seçim edə bilərsiniz. Bütün istiqamətlərdə
eyni vaxtda fəaliyyət göstərməyə tələsməyin. Bir qədər fasilə edin.
Çətin olmayan, ikinci dərəcəli işləri görərək rahatlaşın. Neytral
maraqlar və emosiyalar məsləhətdir. Axşam saatlarında bir qədər
istirahət edin. Sevdiyiniz işlə məşğul olun. Yaxşı anladığınız
insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Qız - effektiv gün deyil. Konkret nəticələr
gözlədiyiniz işlər planlaşdırmayın. Ünsiyyətdə, məlumatlar əldə
etməkdə özünüzü saxlamayın. Təmaslar perspektivlidir, bir şərtlə
ki, boş söhbətlərə vaxt sərf etməyin. Ətrafınızda olan insanlarla
məsləhətləşin, müxtəlif mövzuları müzakirə edin. Əsas
maraqlarınızın olduğu yerdə nizam yaratmağa çalışın. Şəxsi
münsibətlər üçün neytral gündür. Sözlər çoxdur. Axşam saatları daha
rahat ortam tələb edir.
Tərəzi - ikinci dərəcəli işlərlə baş qatmayın. Ən
mühüm olan işi seçin, bütün resursları həmin problemin həllinə
yönəldin. Retroqadlıq etsəniz, gəlirləriniz azala bilər.
Sürətlənmək asan deyil. Etibar etdiyiniz tərəfdaşlarla birlikdə
ahəstə şəkildə irəliləyin, risk etməyin. İşləri vaxtından əvvəl
başa vurmağa tələsməyin. Bütün bunlar əsla gözləmədiyiniz
nəticələrə səbəb ola bilər. Rəğbət bəslədiyiniz insanlarla təmaslar
pis alınmır. Gələcək planlarla bahəm, indiki sevinclərlə yaşayın.
Yaşamın daha maraqlı olmasına can atın.
Əqrəb - gərginlik bir qədər azalır. Bir qədər
nəfəs alın, əldə etdiyiniz mövqelərdə möhkəmlənin. Cari işləri
tələsmədən araşdırın. Qarşınızda duran məsələləri, tərəfdaşların
təkliflərini və planlarınızı dəyərləndirin. Önəmli işlə ikinci
dərəcəli məsələləri seçin. Emosional söhbətlərə qatılmasanız da,
toplantılarla danışıqlarda iştirak edin. Peşəkarlığınızın
nümayişindən çəkinməyin. Münasibətlərdəki maliyyə ünsürlərinə
xüsusi fikir verin. Axşam saatlarında istirahət edin. Təmirə
başlamaq olar.
Oxatan - bəzi hadisələr dayanır, bəziləri
sürətlənir. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər etməyə
zərurət yaranır. Görüşlər və münasibətlərlə əməkdaşlığın
perspektivlərin aydınlaşdırılması, işin bölüşdürülməsi, birgə
planlaşdırma üçün əlverişli zamandır. İnformasiyalar rəqabət
mübarizəsinin kəskinləşməsindən xəbər verir. İstənilən işdə yaxşı
düşünün, hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən
keçirin. Aldığınız məlumatları sistemləşdirin. Yeni planların
reallaşdırılmasına başlamaq üçün əlverişli zamandır. Axşam
saatlarında aktiv istirahət edin.
Oğlaq - kreativ bacarıqlarınız yüksək səviyyədə
olmalıdır. Yeni layihə və ya işə başlamaq üçün əlverişli gün deyil.
Təxirəsalınmaz problemlər sizi yardım aramağa vadar edəcək. Gərəkli
və dəqiq həllərdən, detalların cilalanmasından və indi sizin üçün
mühüm olan məqamların işlənməsindən diqqətinizin yayınmaması üçün
təkbaşına çalışın. Aldığınız informasiyaları təhlil edin,
rəqiblərin təcrübəsini araşdırın. Əvvəllər reallaşdıra bilmədiyiniz
planları həyata keçirməyə çalışın. Axşam saatlarında gəzintiyə
çıxın. Normal istirahət edin.
Dolça - şərtlər təbəddülatlıdır. Bir tərəfdən sizi
maraqlandıran məsələlərdə yeni ünsürlər peyda olur. Digər tərəfdən
məhdudiyyətlərin sərt çərçivələrini hiss edirsiniz. Çərçivələr işdə
rəhbərliyin tapşırıqları və ya yaxınlarınız qarşısında
öhdəlikləriniz ola bilər. Prioritet saydığınız işi seçin və onun
perspektivlərinə mümkün qədər çox dəqiqlik gətirin. Dəyişikliklər,
təkliflər və dəvətlər çox olacaq. Seçimdə yanılmayın. Sizi
maraqlandıran məlumatları əldə edin, görüş və danışıqlarla bağlı
əvvəlcədən razılaşma əldə edin.
Balıqlar - təcili, təxirəsalınmaz işlər və kiçik
qayğıların sayı artır. Günün fonu rahat, görüşlər və ünsiyyət isə
məzmunludur. Yaşam və fəaliyyət areallarında qayda yaradın.
Prosesləri sistemləşdirin, təşkilati tədbirlərə əl atın. Bəzi cari
problemləri həll etmək, mübahisəli məsələləri çözmək, anlaşmaya
nail olmaq mümkündür. Yaxın ətrafınızdakı insanların ambisiyalarını
və maddi maraqlarını qulaqardına vurmayın. Axşam saatlarında yaşam
arealını qaydaya salınması, təmir və ya maraqlandığınız işlərlə
məşğul ola bilərsiniz. Yaxınlarınıza yardım effektiv olacaq. Ailə
üzvlərinizdən birinin qarşısında yeni perspektivlər
yaranır.