29 yanvar üçün ulduz falı
Qoç - tərəfdaş, həmfikir və dostlarla ünsiyyət üçün yaxşı gündür. Onlar informasiyanı sizinlə həvəslə bölüşür, yaxşı məsləhətlərə xəsislik etmirlər. Real yardım da edirlər. Əks cins mənsubu ilə dil tapmaq bir qədər çətindir. Amma güzəştlər və kompromisləri unutmasanız, münaqişələrdən yan qaça biləcəksiniz. Ehtiyac yaranarsa, diplomat olun.

Buğa - başladığınız bir sıra işlərdə uğur vəd edən gündür. Qüvvə, səy və vaxtınızı boşuna sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə hərəkət edin. Heç nə diqqətinizi yayındırmamalıdır. Gərəkli nəticələrə bəzən dərhal çata bilməyəcəksiniz. Amma dürüst yolda olduğunuza şübhə etməyin.

Əkizlər - impulsiv davransanız, adi günlərlə müqayisədə daha çox səhvə yol verəcəksiniz. Dostlar və ailə üzvlərindən biri ilə ciddi münaqişə ola bilər. Aqressiv və sərt davranmayın, yaxın ətrafınızdakı insanların əsəbləri ilə oynamayın. Bütün bunlar çox ciddi səhvlər və problemlərə səbəb ola bilər. Sayıq, sərvaxt, həssas olun.

Xərçəng - intuisiyanıza güvənin. Necə, hansı istiqamətdə addımlar atıb qərarlar qəbul etməyin lazım olduğunu təhtəlşüurunuz sizə deyəcək. Ətrafınızdakı insanlar çaşqınlıq içində olanda siz qətiyyətli və önəmli addımlar atın. İşgüzar və şəxsi görüşlər üçün pis gün deyil. Yaxın və uzaq gələcəklə bağlı məsələləri həll edə bilərsiniz. Minimum informasiyaya malik olsanız da, hadisələrin hansı yöndə cərəyan edəcəyini müəyyənləşdirməyə çalışın.

Şir - müsbət təmayüllərin təsiri artır. Çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Planları reallaşdırın, niyyətləri həyata keçirin. Sizə yardım edəcək insanlar var. Kimə inanmaq, kimdən isə uzaq durmaq gərəkdiyini tez müəyyənləşdirin.
Aktiv olun, ətalətə qapılmayın. Pəhrizə başlamaq olar. Yeməkdə məhdudiyyət tətbiq etmək çətin deyil.

Qız - əlverişli və yaxşı gündür. Emosional fon stabilliyi ilə fərqlənir. Nələrin baş verməsinə fikir verməyərək yaxşı əhvalınızı pozmayın. Fərqli işlərə başlaya bilərsiniz. Yeni layihələr və sifarişlər uğurlar vəd edir. Böyük xərclər olacaq. Gözlənilməz gəlirlər olacaq və pulsuz qalmayacaqsınız.

Tərəzi - günlər arasında ən asan olmayanıdır. Ciddi problemlərlə qarşılaşacaqsınız. Əsla gözləmədiyiniz zamanda və məkanda çətinliklər sizi gözləyir. Yaxın ətrafınızdakı insanlar sizə çoxlu məsləhətlər verir, amma real yardımdan imtina edirlər. Bu səbəbdən də yolunuzda yaranan sədləri özünüz dəf etməli olacaqsınız. Nəzərdə tutulmamış xərclər, dəyərli əşyanın itirilməsi riski böyükdür.

Əqrəb - əlverişli, yaxşı gündür. Bilik və bacarıqlarınızdan istifadə edin. Sizi ilk dəfə görən insanda barənizdə xoş təəssüratın yaranmasına çalışın. Həmfikirlər və dostlarla bahəm, yanınızdakı insanların da dəstəyini qazanın.
Gəlirlər və sərfəli sifariş, sövdələşmə istisna deyil. Məişət texnikası və ya nəqliyyat vasitəsi almaq olar.

Oxatan - günün ilk yarısı uğurludur. Xoş sürprizlərlə qarşılaşacaqsınız. Yeni işə, mürəkkəb layihəyə başlamaq üçün əlverişli gündür. Faydalı bacarıq və təcrübəni tezliklə əxz edin. Karınıza gələcək məlumat alacaqsınız. Plan və istəklərinizi bölüşərkən sayıq olun. Yaramaz insana sirr verməyin.

Oğlaq - peşəkar fəaliyyətiniz və ya şəxsi münasibətlərinizlə bağlı mühüm qərar üçün pis gün deyil. Önəmli rol oynaya biləcək bütün amilləri nəzərə alın. Bu yaxınlarda baş vermiş hadisəni təhlil edin. Dürüst nəticələr çıxarmağa çalışın. Dünən yol verdiyiniz yanlışlığın fəsadlarını aradan qaldıra bilərsiniz.

Dolça - istənilən formatlı görüşlər və danışıqlar üçün əlverişli zamandır. Yeni tanışlıqlarda özünüzü narahat hiss etmirsiniz. Yalnız etimada layiq insanlara inanın. Sizdən öz məqsədləri üçün yararlanmaq istəyən insanın məkrli planını pozun.
Aktiv və fəal olun. Alış-veriş, sövdələşmə və anlaşma, danışıqlar və müzakirə üçün yaxşı gündür. Zərərli vərdişdən əl çəkə bilərsiniz.



Balıqlar - günün ilk yarısında problemlər, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Əlavə işlərə başlamayın, fiziki işləri minimuma endirin. Səfər və ya səyahəti təxirə salın. Yolda çox yorula bilərsiniz. Üstəlik, nəticələr sizi sevindirməyəcək. Hədiyyə və gəlir ola bilər.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google