Britaniya
diyetoloqlar assosiasiyası ürəyi möhkəmləndirən və xəstəliklərdən
qoruyan 5 növ qida təqdim ediblər.
Bu qidaların siyahısını təqdim edirik:
1. Tamdənli bitkilər (qəhvəyi düyü, yulaf yarması, çovdar
çorəyi, tamdənli undan hazırlanmış makaron)
Mütəxəssislər bu məhsulları hər gün qidalanmaya daxil etməyi
tövsiyə edirlər. Bu məhsullar ürək əzələsini daha sağlam və möhkəm
edir.
2. Paxlalı bitkilər (lobya, mərci, noxud)
Bu bitkilər orqanizmdə xolesterinin səviyyəsini aşağı salır.
Xolesterinin orqanimzdə yüksək səviyyədə olması aterosklrozun əsas
səbəblərindən biridir. Ateroskleroz zamanı xolesterin damarların
daxilində yığılır, damarları daraldır, zəif və kövrək edir ki,
bunun nəticəsində ürək xəstəlikləri və infarktın riski artır.
3. Meyvə və tərəvəzlər
Kaliumla zəngin
olan meyvə və tərəvəzlər (banan, ərik, kivi, əncir, sitrus
meyvələri, avokado, kartof, pomidor, kələm, ispanaq, balqabaq və
s.) ürəyin sağlamlığına çox müsbət təsir
edir.
4. Balıq
Mütəxəssislər sübut edir ki, balığın müntəzəm olaraq istehlakı ürək
xəstəlikləri və infarktın riskini xeyli azaldır. Bunun səbəbi
balığın omeqa-3 yağlı turşular, B6 və B12 vitaminlərlə zəngin
olmasıdır.
5. Qoz-fındıq
Bu məhsullar ürəyin ritmini tənzimləyir, aritmiyanın qarşısını
alır. Aritmiya infarkt və ürək çatışmazlığının riskini artırır.
Mənbə:
Milli.az