Vergilər o qədər aşağıdır ki, bundan artıq endirmək mümkün deyil - maliyyə naziri
Maliyyə naziri İvane Macavariani bildirir ki,
Gürcüstanda vergilər “o qədər aşağıdır ki, bundan artıq
endirmək mümkün deyil”.
Bu
haqda o, bu gün, 29 yanvarda texno parkda baş tutan konfransda
danışıb.
Macavarianiyə görə vergilərin azaldılması ilə guya ki, dövlət
iqtisadiyyatı artacaq yanaşması səhvdir.
Onun sözlərinə görə, vergilər “bu gün çox yüksək
iqtisadi artımımızın olmamasının” səbəbi deyil.
“Əgər vergi reformasından danışırıqsa bu
administratorların reformasıdır, asanlaşdırmaya, effektivliliyə
doğru atılan addımlardır və.s.” – bildirir
Macavariani.
Nazirin bəyanatına görə, “real olaraq verginin
azaldılmasına doğru addımların atılması yolu praktiki olaraq artıq
qalmayıb”.