“Silknet” “Geocell”in işində yaranmış problemlərin səbəblərinə aydınlıq gətirir
Silknet” “Geocell”in işində yaranmış problemlərin səbəbi kimi şəbəkədə aparılan irimiqyaslı yeniləmə işlərini göstərir. Şirkət tərəfindən yayımlanmış bəyanatda qeyd olunub ki, sistemin mürəkkəbliyindən irəli gələrək yenilənmiş sistemin optimallaşdırılması həyata keçirilir ki, bu da müəyyən problemlərə səbəb ola bilər.

“25 yanvar tarixində “Silknet” öz istifadəçilərinə “Geocell” şəbəkəsində irimiqyaslı yeniləmə işlərinin aparıldığı barədə xəbərdarlıq edib. Hal-hazırda qısa vaxt ərzində qeyd olunan optimizasiya işlərinin tamamlanması və istifadəçilərin mobil xidmətdən problemsiz şəkildə istifadə edə bilmələri üçün işlər intensiv rejimdə davam edir.” – bəyanatda yazılıb.

Mənbə: Netgazeti
Print