30 yanvar üçün ulduz falı
Qoç - soyuqqanlı və məntiqli davranın, hiss və emosiyalarınızın əsiri olmayın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlər ilk baxışdan göründüyü kimi ağır, məşəqqətli deyil. Sualların çoxunun cavabı üzdədir. İşdə rəhbərliklə, fəaliyyət müstəvisində nüfuzlu insanlarla dil tapın. Belə olarsa, onlar sizi dəstəkləyəcəklər.

Buğa - emosional, əsəblərin tarıma çəkiləcəyi gün olacaq. Nə edəcəyinizi düşünüb çaş-baş qalmayın. Belə vəziyyət diskomfort yaradır və o, uzun müddət davam etməməlidir. Gərəksiz riskə əl atmadan ehtiyatlı davranın. Adətlərə, qaydalara, ənənələrə riayət edin. Özünüzü təhlükəyə atmayın.

Əkizlər - özünüzə yeni çətinliklər yaradıb sonra onları böyük zəhmət və səy bahasına aşmayın. Gün maraqlıdır. Səylərinizi hədər yerə sərf etməyin.\
Uzun müddətdən bəri etibar etdiyiniz insanlardan, bel bağladığınız müttəfiqlərdən biri sizi yanılda bilər. Həmin şəxs vədlərinə əməl etmir. Narahat olmayın, ruhdan düşməyin, irəliləməyə davam edin.

Xərçəng - qarışıq, çətin, problemli gündür. Müşküllər qəflətən yaranır. Fəqət, istənilən hadisə və olaydan faydalanmağa çalışın. Enerjili və fəal olun. Ətrafınızdakı insanlar da nikbinliyinizdən ruhlanmalıdır. Birgə fəaliyyət üçün əlverişli gündür.
Səfər və ya səyahətə yollanmaq olar. Pozitiv emosiyalar əldə edəcəksiniz.

Şir - başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. İnadkar, qətiyyətli, əzmkar olun. İlk çətinlikdən sonra geri çəkilməyin. Ünsiyyətdə səmimiyyət, açıqlıq və dürüstlük sizə yeni işgüzar tərəfdaşlarla yanaşı, əsl dostlar tapmağa da kömək edəcək.
Dəvət aldığınız tədbirlərə qatılın. Hadisələrin mərkəzində olun, baş verənləri diqqətdən qaçırmayın. Ailədə problem yaranarsa, vəziyyəti sakit və soyuqqanlı şəkildə müzakirə edərək çözün.

Qız - kiçik problemlər və əhəmiyyətsiz müşküllərə fikir verməyin, onları aşılmaz səddə çevirməyin. Müttəfiq və köməkçi tapacaqsınız. Nüfuzlu insanlardan dəstək alsanız, irəliləyişiniz sürətlənəcək.
Təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı səsləndirin, müzakirə edin. Problemlərin qeyri-standart həll variantlarını təklif edin. Bu gün nə qədər çox diqqət cəlb etsəniz, mövqeləriniz bir o qədər möhkəmlənər.

Tərəzi - əlverişli və maraqlı gündür. Asanlıqla uğur əldə edə bilərsiniz. Yeni tanışlıqlar peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından perspektivlidir.
Başladığınız işləri uğurla bitirməyə çalışın. Çoxdan bəri reallaşdırmağa çalışdığınız niyyətinizi bu gün həyata keçirə bilərsiniz.

Əqrəb - özünüzü yaxşı hiss etmək və nikbin çalışmaq üçün aktiv fəaliyyət göstərin. Bir yerdə oturmayın. Belədə yaxın ətrafınızdakı insanlar da sizinlə hesablaşacaqlar.
İşgüzar danışıqlar üçün əlverişli zamandır. Siyasi və ictimai proseslərə maraq arta bilər.

Oxatan - emosional baxımdan çətin gündür. Mövcud problemlərə yeniləri əlavə olunur. Səbrli olun, təmkinli davranın. Çətinliklərin sayını könüllü şəkildə artırmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin axarına rəğmən məntiqli olun. Sizə rəğbət bəsləyən insanlara şübhə bəsləməyin.

Oğlaq - qətiyyət və inadkarlıq tələb olunan işlərdə uğur qazanacaqsınız. Risk etmək, yeni işə başlamaq olar. Görüləsi iş ilk əvvəl çətin, hətta mümkünsüz təsir bağışlasa belə, ruhdan düşməyin. İnadla çalışsanız, nailiyyətlər əldə edəcəksiniz. Vəziyyət gərginləşəndə sakit davranmaq, emosiyalara hakim olmaq çətindir. Soyuqqanlı olun.

Dolça - müsbət təmayüllərin təsiri güclənir. Gün rahat və uğurludur. Çox çalışın, səy göstərin. Əməyinizin bəhrəsi özünü çox gözlətməyəcək.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Qəbul etdiyiniz qərarların düzgün və orijinal olmasına çalışın.

Balıqlar - maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür. Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz insanları özünüzdən narazı salmayın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google